Nəzərova Dilarə Şamil qızı — aktrisa.
Dilarə Nəzərova | |
---|---|
Dilarə Şamil qızı Nəzərova | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Milliyyəti | azərbaycanlı |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Fəaliyyəti | aktrisa |
Təhsili |
Dilarə Nəzərova 13 yanvar 1974-cü ildə Bakıda anadan olub. 1998-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Dram və kino aktyorluğu fakültəsini bitirib. Aktrisalıq sənətinə Sumqayıt Dövlət Dram Teatrında başlayıb. Sumqayıt səhnəsində Həlimə ("Yanmış evin nağılı" A.Zeynalov), Taclıbəyim ("Çaldıran döyüşü" İ. Ağalaroğlu), Kukla Teatrında Şərəfnisə ("Müsyö Jordan" M.F.Axundov), Əzrayıl ("Dəli Domrul" Dədə Qorqud Dastanı) kimi obrazlar yaratmışdır.
1996-cı ildə Akademik Milli Dram Teatrının artist heyətinə qəbul edilib. O, teatrın səhnəsində aşağıdakı rolları ifa edib: Güllər ("Ah, Paris…Paris!.." Elçin), Kəniz ("Özümüzü kəsən qılınc" B.Vahabzadə), Susanna ("Aydın" C.Cabbarlı), Böcək ("Köhnə ev" Ə.Əmirli) Səkinə ("Bu dünyanın adamları" Hidayət), Papopa ("Fedra" J.Rasin), Gözəl ("Mənim günahım", İlyas Əfəndiyev), Bettino ("Silindr", Eduardo de Filippo).