Dilsuz Musa oğlu Musayev (10 fevral 1948, Saraçlı, Bolnisi rayonu) — Azərbaycan Yazıçılar və jurnanilstlər Birliyinin üzvü və “Azərbaycan ekologiyası” qəzetinin baş redaktoru
Dilsuz Musayev | |
---|---|
Doğum tarixi | 10 fevral 1948 (76 yaş) |
Doğum yeri | |
Üzvlüyü |
1948-ci il fevral ayının 10-da Gürcüstan Respubilkası Bolnisi rayonunun Saraclı kəndində anadan olub. 1966-cı ildə Saraclı kənd orta məktəbinin 11-ci sinfini, 1973-cü ildə isə Azərbaycan Pedoqoji Dillər İnstitiutunu (İndiki BSU-nu) bitirib. Təyinatla Tərtər (Mirbəşir) rayonuna göndərilmiş 1973-1979 illərdə həmin rayonun Hacıqərvənd (Kolanlı) kəndində rus dili və ədəbiyyatı müəllimi işləyib. 1980- 84-cü illərdə Bakı şəhərində 5 saylı kimya-biologiya təmayüllü internat məktəbində ixtisası üzrə çalışıb. 1985-ci ildə Respublika “Bilik” cəmiyyətinin Abşeron rayon şöbəsinin sədri təyin olunub. 1986—89 cu ullərdə Abşeron Rayon Partiya Kömitəsində müxtəlif vəzifələrdə işləyib. 1987-ci ildə dostluq və qardaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsi məqsədi ilə Bolqarıstan Xalq respubilkasına gedən nümayəndə heyətinin rəhbəri olub. 1989-cü ildən Qarabağa Xalq Yardımı Komitəsində təlimatçı, ümumi şöbə müdiri, komitə sədrinin birinci müavini vəzifəsində çalışıb. 1994-cü il dekabr ayının 23-də keçirilmiş İkinci Ümumrespublika Konfransında komitənin sədri seçilib. Bir çox ölkələrdə, o cümlədən, Finlandiya, Norvec, Polşa, Avstrya, İspaniya, hollandiya, Almaniya ölkələrində ümumdünya dilçiliyi məsələlərinə həsr olunmuş beynəlxalq konfranslarda iştirak edib. 1964-cü ildən respublika mətbuatında müxtəlif səpkili məqalələri, resenziyaları, şeir və tərcümələri ilə çıxış edir. “Zəfər bayrağım” adlı ilk şeiri Sovet Gürcüstanı” qəzetində dərc olunub. Daha sonra şeirləri “Azərvaycan”, “Çinar pöhrələri”, “Addımlar”, “Çeşmə”, və digər poeziya almanaxlarında, “Azərbaycan”, “Azərbaycan qadını”, “Mütərcim”, “Mədəni Maarif” jurnallarında, “Ədəbiyyat və incəsənət”, “Azərbaycan gənçləri”, “Bakı”, “Kommunist”, “Sovet kəndi”, “Xalq qəzeti”, “Azərbaycan müəllimi”, “XX1 əsr”, “Təhsil” və başqa mətbu orqanlarda dərc olunub. Azərbaycan və Gürcüstan radio və televiziyalarında dəfələrlə şeirləri səsləndirilib və çıxşlar edib. “Cəsarətli qələm” fəxri mükafatına layiq görülüb, bir çox diplomlarla təltif olunub.
Dünya ədəbiyyatından etdiyi tərcümələr Dilsuz Musayevin yaradıcılığının ayrılmaz tərkib hissəsidir. Onun Mayya Rumyatsevadan, İrakli Abaşidzedən, Revaz Margianidən, Muxran Maçavarianidən, Mikola Bajandan, Mixail Stelmaxdan, Lanka Kupaladan, Robert Roldestvenskidən, Aleksandr Bobrovdan, Aleksandr Qriçdən, Atamurad Atabayevdən, Marina Safanovadan, V. Malisevdən, M. Prisvcndən, Boris Seysardan və başqalarından etdiyi tərcümələr oxucular tərəfindən maraqla qarşılanıb.
Dilsuz Musayev “Düşmən ocaq başında”, “Bakını necə tutdular”, “Qəlbimdə göyərən vətən” kitablarının müəllifidir.
Dilsuz Musayev Azərbaycan və Türkçülük istiqmətində Beynəlxalq konqreslərdə və sempozyumlarda maraqlı çıxışlar etmiş, mövzu ilə bağlı dövri mətbuatda elmi məqalələr dərc etdirmişdir.
Dlsuz Musayev Azərbaycan Yazıçılar və jurnanilstlər Birliyinin üzvü və “Azərbaycan ekologiyası” qəzetinin baş redaktorudur.
Iki övladı var.