Bolnisi bələdiyyəsi

Bolnisi bələdiyyəsi[mənbə göstərin], Bolus bələdiyyəsi[6][7]Gürcüstan Respublikasının Aşağı Kartli diyarında inzibati-ərazi vahidi. İnzibati mərkəzi Bolnisi şəhəridir.

Bolnisi bələdiyyəsi
gürc. ბოლნისის მუნიციპალიტეტი
Bayraq Gerb
Bayraq Gerb

41°26′58″ şm. e. 44°32′31″ ş. u.HGYO


Ölkə Gürcüstan
Daxildir Aşağı Kartli diyarı
İnzibati mərkəz
Tarixi və coğrafiyası
Yaradılıb 1930[1]
Sahəsi 804[2] km²
Saat qurşağı UTC+4
Əhalisi
Əhalisi 54 590[3][4] nəfər (2015)
Etnik tərkib Azərbaycanlılar, Gürcülər və s.
Rəqəmsal identifikatorlar
Telefon kodu +995 51
Poçt indeksi 1100[5]
İnternet domeni .ge
Rəsmi sayt
Bolnisi bələdiyyəsi xəritədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1929-cu ildə Gürcüstan SSR-nin Borçalı qəzası ləğv edildikdən sonra 1930-cu ildə onun ərazisninin bir qismində Bolnisi rayonu təşkil edilmişdir, 1930-1943-cü illərdə "Lüksemburq rayonu" adlandırılmış, 1943-cü ildən 2006-cı ilədək isə Bolnisi rayonu, 2006-cı ildən etibarən isə Bolnisi bələdiyyəsi adlanmaqdadır.[1] 1963-cü ildə Dmanisi və Marneuli rayonları ləğv edilərək əraziləri Bolnisi rayonunun tərkibinə verilsə də, 1966-cı ildə təkrarən DmanisiMarneuli rayonları təşkil edildi və Bolnisi rayonunun (2006-cı ildən "bələdiyyə") sərhədləri indiki şəklini aldı.[1]

Gürcüstan 1991-ci ildə müstəqilliyini əldə edər-etməz əsasını hələ XX əsrin 40-50-ci illərində qoyduqları türk mənşəli qədim toponimlərin dəyişdirilərək gürcüləşdirilməsinə başlanıldı. Addəyişmə prosesi Bolnisi (Çörük-Qəmərli) rayonundan başladı. Qoçulu Çapala, Cəfərli Samtredio, Mığırlı Vanati, İmirhəsən Savaneti, Aşağı Qoşakilsə Kvemo Arkvani, Muğanlı Farizi, Kolagir Surtava, Daşlıqullar Muxrani, Həsənxocalı Xidisquri, Əsmələr Mskneti, Karatikan kəndi isə Sabereti. Arıxlı Naxiduri və s. adlandırıldı. Bir neçə ay ərzində əhalisi tamamilə Azərbaycan türklərindən ibarət 35 kəndin adı dəyişdirildi. Bolnisi şəhərinin 90% əhalisinin təşkil edən azərbaycanlılar zorla doğma yurdlarından çıxarıldı.[8]

Rayon Gürcüstanın cənub-şərqində Maşavera və onun qolları olan Xaçınnıçay, SağsağanlıçayDələver çaylarının hövzəsində yerləşir. Aşağı Kartli mxaresinin mərkəzi olan Rustavi şəhərindən 65 km qərbdə, paytaxt Tiflisdən isə 63 km cənub-qərbdə yerləşir. Ərazisi əsasən dağətəyi və alçaq dağlıq zonada yerləşməklə əhəmiyyətli bir hissəsi meşələrlə örtülüdür. Ən uca nöqtəsi 2141 metrə çatan Lök dağıdır. Rayonda havanın orta illik temperaturu 12 °C, o cümlədən yanvarda 0.0-0.3 °C, iyulda 23.6 °C, mütləq maksimum temperatur 40 °C, mütləq minimum temperatur -25 °C, illik yağıntı 400–500 mm təşkil edir.[9] Rayonun ümumi sahəsi təşkil edildiyi tarixdən günümüzdək cüzi dəyişikliyə məruz qalmışdır. Beləki 1 may 1960-cı ilə olan məlumata əsasən rayon 804.7[10] km² sahəyə sahib olmuşdur. Hazırda isə rayonun ümumi ərazisi 804 km²-dir.[2][11]

Bolnisi Gürcüstanın aqrar rayonu hesab edilir. Rayonun iqtisadiyyatı əsasən Kazreti qəsəbəsi yaxınlığında yerləşən Madneuli filiz və qızıl yatağına əsaslanır. Gürcüstan Statistika Departamentinin məlumatlarına əsasən 2006-cı ildə ölkədə yığılmış yaşıl noxudun 48%-i, yerkökünün 15.8%-i, lobya və kartofun 7.9%-i, tərəvəzin 3%-i, oduncaq tədarükünün 2.6%-i, yumurta və yun istehsalının müvafiq olaraq 6.2%-i və 2.9%-i, diri mal-qaranın isə 1.3%-i Bolnisi rayonunu payına düşmüşdür.

Yerli özünüidarə

[redaktə | mənbəni redaktə et]

İnzibati-ərazi bölgüsü

[redaktə | mənbəni redaktə et]

Hal-hazırda bələdiyyədə (2006-cı ilədək "rayon") 1 şəhər, 2 qəsəbə və 45 kənd vardır. Bütün kəndlər toplam 11 icma sakrebulosuna daxildir. Kəndlərin 37-sində etnik azərbaycanlılar, 6-sında gürcülər, 2-sində isə ermənilər üstünlük təşkil edir. Rayonun inzibati ərazisinə daxil olan kəndlərdən 2-si (FaxralıBolus Kəpənəkçisi) əhalisinin sayına görə respublikanın ilk onluğuna aid olan ən iri kəndlər sırasına daxildir.

1 yanvar 2014-cü il tarixinə olan rəsmi təxminə əsasən rayon əhalisi 78.9 min nəfərdir.[12] Əhalinin sıxlığı 1 km²-ə üçün 98.1 nəfərdir. Sosial vəziyyətin çətinliyi səbəbindən yüksək emiqrasiya nəticəsində rayonun əhalisi 1989-cu ildən 2014-cü ilə ötən 25 il ərzində 2.6 min nəfər (3.19 %) azalmışdır.

Bolnisi bələdiyyəsinin (2006-cı ilədək "rayon"unun) əhalisi[12]
1.1.2003 r.t. 1.1.2004 r.t. 1.1.2005 r.t. 1.1.2006 r.t. 1.1.2007 r.t. 1.1.2008 r.t. 1.1.2009 r.t. 1.1.2010 r.t. 1.1.2011 r.t. 1.1.2012 r.t. 1.1.2013 r.t. 1.1.2014 r.t.
73 700 73 300 74 000 75 100 75 600 76 977[13] 76 700 77 800 78 300 78 700 78 600 78 900

15-30 oktyabr 1941-ci ildə almanların Qazaxıstana sürgün edilməsi və onların yerinə etnik gürcülərin yerləşdirilməsi, eləcə də əhalisinin sıxlığının orta Gürcüstan səviyyəsindən (1 km²-də 63 nəfər) 1.5 dəfə çox olmasına baxmayaraq 1990-cı illərdə Gürcüstanın Svanetiya, İmeretiyaAcarıstan kimi bölgələrindən milliyətcə svanlar, gürcülər (kartvellər)acarların buraya köçürülməsi prosesinin davam etdirilməsi bələdiyyənin etnik mənzərəsini xeyli dəyişmişdir. 17-24 yanvar 2002-ci ildə aparılmış rəsmi siyahıyaalmanın nəticələrinə əsasən bələdiyyə (2006-cı ilədək "rayon") əhalisinin 65.98%-ini azərbaycanlılar, qalan 26.82%-ini gürcülər, 5.81%-ini ermənilər, 0.59%-ini urumlar, 0.56%-ini ruslar, 0.24%-ini isə digər xaqların nümayəndələri təşkil edir.[14]

Bolnisi bələdiyyəsi (rayonu) əhalisinin milli tərkibi
Etnik qrup 1939 sa.[15] % 1959 sa.[16] % 1979 sa.[17] %[17] 1989 sa.[18] %[18] 2002 sa.[14][19] %[14]
Cəmi 34 181 100.00 45 019 100.00 68 694 100.00 81 547 100.00 74 301 100.00
azərbaycanlı 20 703 60.57 28 545 63.41 45 914 66.84 53 808 65.98 49 026 65.98
gürcü 2 574 7.53 7 803 17.33 12 032 17.52 17 688 21.69 19 926 26.82
erməni 4 740 13.87 6 302 14.00 6 396 9.31 5 545 6.80 4 316 5.81
urum 130 0.38 957 2.13 2 031 2.96 2 345 2.88 438 0.59
rus 832[20] 2.43 837 1.86 1 377 2.00 1 210 1.48 414 0.56
osetin 19 0.06 147 0.33 499 0.73 516 0.63 80 0.11
abxaz ... ... ... ... 4 0.01 ... ... 35 0.05
ukraynalı 129[20] 0.38 143 0.32 142 0.21 160 0.2 14 0.02
alman 4 874 14.26 ... ... ... ... ... ... ... ...
kürdyezidi 4 0.01 8 0.02 ... ... 3 0.00 ... ...
yəhudi 17 0.05 7 0.02 24 0.03 ... ... ... ...
digər 159 0.46 270 0.58 275 0.4 272 0.33 52 0.06

2002-ci il siyahıyaalınmasına əsasən 45 kənddə məskun əhalinin 85.00%-ini azərbaycanlılar, 9.60%-ini gürcülər, 5.00%-ini ermənilər, 0.20%-ini ruslar, 0.10%-ini urumlar, 0.10%-ini isə digərləri təşkil edirdi.[21] 90-cı illərin əvvəllərində BolnisiKazreti şəhərlərində aparılmış etnik təmizləmə əməliyyatları ilə əlaqədar olaraq 2002-ci ildə rayonun kənd əhalisinin 85%-i azərbaycanlılardan ibarət olduğu halda, şəhər əhalisi üzrə bu göstərici cəmisi 4.20%-ə düşmüşdür.

17-24 yanvar 2002-ci il siyahıyaalınmasına əsasən Bolnisi rayonu (bələdiyyəsi) kəndlərinin əhalisi və etnik tərkibi[22]
Gürcücə rəsmi adı Azərbaycanca əsil adı Toplam əhali:
hər iki cins
Toplam əhali:
kişilər
Toplam əhali:
qadınlar
Azərbaycanlılar Gürcülər Ermənilər
cəmi cəmi 56 651 28 065 28 586 85.00% 9.60% 5.00%
ტალავერი (talaveri) Faxralı 6 891 3 255 3 636 99%
ქვემო ბოლნისი (kvemo bolnisi) Kəpənəkçi 6 766 3 387 3 379 100%
ნახიდური (naxiduri) Arıxlı 4 876 2 407 2 469 100%
დარბაზი (darbazi) Darboğaz 3 743 1 893 1 850 98%
მამხუტი (mamxuti) Saraçlı 2 841 1 391 1 450 100%
ბოლნისი (bolnisi) Xaçın 2 333 1 103 1 230 90%
ცურტავი (tsurtavi) Kolagir 2 319 1 180 1 139 98%
ძველი ქვეში (dzveli kveşi) Zol-Göyəç 2 183 1 118 1 065 98%
სავანეთი (savaneti) İmirhəsən 1 717 835 882 98%
ჭაპალა (çapala) Qoçulu 1 623 788 835 100%
რატევანი (Ratevani) ... 1 582 782 800 96%
ფარიზი (parizi) Bala Muğanlı 1 205 600 605 98%
მუშევანი (muşevani) Dəllər 1 194 607 587 100%
აკაურთა (akaurta) Ayorta 1 174 585 589 85%
ქვემო არქევანი (kvemo arkevani) Aşağı Qoşakilsə 1 053 514 539 99%
ბალიჭი (baliçi) Balıc 1 023 492 531 96%
მუხრანა (muxrana) Daşdıqullar 893 445 448 100%
ხიდისყური (xidisquri) Hasanxocalı 846 437 409 99%
ჯავშანიანი (cavşaniani) Abdallı 829 430 399 99%
რაჭისუბანი (Raçisubani) ... 795 367 428 98%
ძეძვნარიანი (dzedzvnariani) Aragöl 779 379 400 98%
ფოცხვერიანი (potsxveriani) Babakişilər 724 347 377 98%
გეტა (geta) Aşağı Güləver 698 339 359 99%
შუა ბოლნისი (şua bolnisi) İncəoğlu 618 331 287 100%
ტანძია (tanzia) Tağılı 613 290 323 99%
ზემო არქევანი (zemo arkevani) Yuxarı Qoşakilsə 604 273 331 96%
სამტრედო (samtredo) Cəfərli 541 262 279 97%
ვანათი (vanati) Mığırlı 530 278 252 96%
წიფორი (tsipori) Yuxarı Güləver 522 259 263 97%
ბალახაური (balaxauri) Sisqala 502 261 241 100%
ზვარეთი (zvareti) Sarallar 501 248 253 99%
ფოლადაური (poladauri) Çatax 495 352 143 63% 18% 16%
კიანეთი (Kianeti) 492 249 243 96%
ხატისსოფელი (Xatissopeli) 480 239 241 98%
ქვეში (Kveşi) 440 231 209 92%
სამწევრისი (samtsevrisi) Şəmşiöyü 361 184 177 90%
ხახალაჯვარი (xaxalacvari) Dəmirli 359 172 187 98%
ბერთაკარი (bertakari) Beytəkər 289 147 142 100%
მწყნეთი (mtsqneti) Əsmələr 286 144 142 100%
იწრია (itsria) Qaradaşlı 249 131 118 100%
ხატავეთი (xataveti) Molla Əhmədli 192 87 105 100%
ჭრეში (çreşi) Kipircik 181 87 94 97%
სენები (senebi) Sənəb 157 81 76 96%
საბერეთი (sabereti) Qaratikan 112 56 56 100%
პატარა დარბაზი (patara darbazi) Bala Darbaz 40 22 18 100%

Hazırda rayonda 57 dövlət ümumtəhsil məktəbi, 1 orta ixtisas məktəbi, 33 kitabxana, 1 teatr, 1 muzey, 3[23] qəzet, 1[23] jurnal və 2[24] teleşirkət fəaliyyət göstərir.

  1. 1 2 3 ბოლნისის მუნიციპალიტეტი: ბოლნისის შესახებ Arxivləşdirilib 2014-05-16 at the Wayback Machine
  2. 1 2 საქართველოს მოსახლეობის 2002 წლის პირველი ეროვნული საყოველთაო აღწერის შედეგები: ტომი I. მთავარი რედაქტორი: თეიმურაზ ბერიძე. თბილისი: საქართველოს სტატისტიკის ეროვნული სამსახური, 2003, გვერდი 53. ISBN 99928-0-768-7
  3. National Statistics Office of Georgia. "2014 General Population Census. Main Results. General Information" (PDF) (ingilis). geostat.ge. 2016-04-28. 2016-04-28 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-04-28.
  4. Population. — Number of population by municipalities, page 18. // Demographic Situation in Georgia. Statistical Abstract. Author: National Statistics Office of Georgia. Editor: Tsekvava Tengiz; Responsible for the edition: Shavishvili Paata. Tbilisi — 2015, 100 pages.  (gürc.)  (ing.)
  5. http://www.gpost.ge.
  6. Borçalı toponimləri. Müəlliflər: Mədəd Çobanov və Müşfiq Çobanlı; Elmi redaktorlar: f. e. d. Tofiq Əhmədov, f. e. d. Buludxan Xəlilov, f. e. d. Şurəddin Məmmədli. Əlavələr olunmuş və yenidən işlənmiş dördüncü nəşr. Bakı: "Borçalı" nəşriyyatı, 2012, səh. 158.
  7. Müşfiq Borçalı. "Bolus (Bolnisi) rayonu" (az.). zim.az. 2016-05-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-05-11.
  8. ""Gürcü arzusu"nun dəyişməyən antitürk arzusu: nə baş verir? - TƏHLİL". 2019-08-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-08-10.
  9. Региональный Информационный портал Квемо-Картли: Справочник по региону: общие данные о муниципалитетах[ölü keçid]
  10. Отдел по вопросам работы советов президиума верховного совета Грузинской ССР. Грузинская ССР, Административно-территориальное деление на 1 мая 1960 года, Издание второе. Тбилиси. 1960. стр. 30
  11. "ბოლნისის ისტორია" (gürcü). ბოლნისის მუნიციპალიტეტი. 2015-10-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-10-24..
  12. 1 2 National Statistics Office of Georgia: Population by Municipalities for the Beginning of the Year (Thousands) Arxivləşdirilib 2014-07-22 at the Wayback Machine. (official estimates)
  13. საქართველოსა და სომხეთის საზღვრისპირა რეგიონებში[ölü keçid] მოსახლეობის და არასამთავრობო\სამოქალაქო ორგანიზაციების კვლევა რაოდენობრივი და თვისებრივი კვლევის ანგარიში მომზადებულია ქეა ინთერნეშენალისთვის კავკასიაში პროექტის საქართველოს მხარის პარტნიორი სამოქალაქო განვითარების სააგენტო(CiDA) აგვისტო-ოქტომბერი, 2009 თბილისი, საქართველო
  14. 1 2 3 The European Centre for Minority Issues Caucasus: Ethnic Groups of Georgia: Census 2002 (Total/Percentage) Arxivləşdirilib 2013-11-01 at the Wayback Machine
  15. Ethno-Caucasus, Этнодемография Кавказа: Люксембургский район (1939 г.) Arxivləşdirilib 2022-08-12 at the Wayback Machine
  16. Ethno-Caucasus, Этнодемография Кавказа: Болнисский район (1959 г.) Arxivləşdirilib 2021-11-07 at the Wayback Machine
  17. 1 2 The European Centre for Minority Issues Caucasus: Ethnic Groups of Georgia: Census 1979 (Total/Percentage) Arxivləşdirilib 2021-10-27 at the Wayback Machine
  18. 1 2 The European Centre for Minority Issues Caucasus: Ethnic Groups of Georgia: Census 1989 (Total/Percentage) Arxivləşdirilib 2013-04-23 at the Wayback Machine
  19. National İntegration and Tolerance in Georgia: Map: 2002 Census Courtesy of Department of Statistics Arxivləşdirilib 2012-08-01 at the Wayback Machine
  20. 1 2 Ethno-Caucasus, Этнодемография Кавказа: : Распределение русских и украинцев по административно-территориальным единицам Грузинской ССР (1939 г.) Arxivləşdirilib 2021-11-05 at the Wayback Machine (без Абхазской АССР и Юго-Осетинской АО)
  21. National Statistics Office of Georgia: 2002 წლის სოფლის მოსახლეობის აღწერის მონაცემები Arxivləşdirilib 2018-09-28 at the Wayback Machine, გვერდი 198
  22. National Statistics Office of Georgia: 2002 წლის სოფლის მოსახლეობის აღწერის მონაცემები Arxivləşdirilib 2018-09-28 at the Wayback Machine, გვერდი 198-200
  23. 1 2 Региональный Информационный портал Квемо-Картли: Справочник по региону: СМИ и информация: Журналы и газеты[ölü keçid]
  24. Региональный Информационный портал Квемо-Картли: Справочник по региону: СМИ и информация: ТВ компании[ölü keçid]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]