Dinc birgəyaşayışın beş prinsipi

"Dinc birgəyaşayışın beş prinsipi" (çin. 和平共处五项原则) və ya "pança şila" (hind. पंचशील ) — 1954-cü ildə Hindistan ilə Çin arasında imzalanmış müqavilə.

Dinc birgəyaşayışın beş prinsipi

Çin və Hindistan arasında 1949-cu ildə Tibetlə bağlı başlayan münaqişədən sonra 1954-cü ildə Hindistan–Çin Tibet sazişinin imzalanması ilə münasibətlər normallaşmışdı. Hindistan Tibeti Çinin bir hissəsi kimi tabımışdır. Bu müqavilə "pança şila" (dinc birgəyaşayışın) adlanan beş prinsipi elan etmişdir:[1]

  • Ərazi bütövlüyünə və suverenliyinə qarşılıqlı hörmət.
  • Qeyri-aqressivlik.
  • Daxili işlərə qarışmamaq.
  • Bərabərlik və qarşılıqlı fayda.
  • Dinc birgəyaşayış.

Cəvahirləl Nehrunun rəhbərliyi altında "Hindi çini bhay bhay " şüarı (hərf.Hindlilər və çinlilər qardaşdır) irəli sürülmüşdür. 1955-ci ildə SSRİ–Hindistan dostluğuna dair oxşar şüar "Hindi rusi bhay bhay" meydana çıxmışdır. Dinc birgəyaşayış təşəbbüsü 1962-ci il Çin–Hindistan sərhəd müharibəsi ilə sona çatmışdır.[1]

  1. 1 2 ПЯТЬ ПРИ́НЦИПОВ МИ́РНОГО СОСУЩЕСТВОВА́НИЯ : [арх. 30 сентября 2022] // Большая российская энциклопедия : [в 35 т.] / гл. ред. Ю. С. Осипов. — М. : Большая российская энциклопедия, 2004—2017.