Tibet

Tibet (çin. 西藏 Şican, tib. བོད་ Bod, , q.türk 𐱅𐰇𐰯𐰇𐱅 Tüpüt) — Mərkəzi Asiyada Tibet dağətəyində yerləşən tarixi-coğrafi ərazi. Fərqləndirici cəhəti tibet dilitibet buddizmi olan mədəni və dini birlik.[1] Yerli əhalisi — tibetlilərdir.

Tibet
29°40′ şm. e. 91°04′ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Sahəsi
  • 2.500.000 km²
Mərkəzin hündürlüyü 4.380 m
Əhalisi
Əhalisi
  • 3.002.166 nəf. (2010)
Xəritəni göstər/gizlə
Tibet xəritədə
Tibet
Tibet
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1950-ci ildə Çin tərəfindən işğal edildikdən sonra Tibet xarici vətəndaşlar üçün qapalı məkan olub. Yalnız 1984-cü ildə Çin mərkəzi hökumətinin icazəsindən sonra bura səyahət etmək imkanı yaranıb. Tibetin ərazisinə yalnız Çin hökumətinin nəzarəti altında turistik qrupların tərkibində daxil olmaq olar. Paytaxtı Lxasa şəhəridir. Şəhər VII əsrdə şahzadə Sronçzen Qamponun əmri ilə Tibetin rəsmi paytaxtına çevrilmişdir. Sonralar Lxasa paytaxt statusunu itirmiş və yalnız 1642-ci ildə Beşinci Dalay Lamanın əmri ilə yenidən paytaxt olmuşdur.

Adları və kökənləri

[redaktə | mənbəni redaktə et]
  • Çincə bə bölgəyə Şican (西藏) deyilir. Anlamı "Tibetli bölgəsi", şi - bölgə, can (zang) isə tibet dili, milləti, mədəniyyəti üçün işlənən sözdür.
  • Yerli əhalinin, Tibetlilərin mənbələrində བོད olaraq yazılırdı, bunun tələffüzü qədimi ləhcədə Bod idi, çağdaş ləhcədə isə kimi tələffüz olunur.
  • Qədim türk dilində bu məkanın adı Tüpüt (𐱅𐰇𐰯𐰇𐱅) olaraq tanınırdı. Bu sözün qədim türkcə 𐱅𐰇𐰯𐰇‎ (töpö/töpü/tüpü - təpə) sözündən gəlməsi ehtimal olunur.[2]
  • Mahmud Qaşqarlının məşhur Divanü Lüğat-it-Türk kitabında Qaraxanlı türkcəsində eyni qədim türk dilindəki kimi Tübüt (تُبُتْ) olaraq qeydə alınıb, lakin həmin əlifbada olmadığına görə P hərfinin işlənməməsini qeyd etmək olar.

Tibetdə ənənəvi içki – "düyü şərabıdır". Onun hazırlanması üçün qaynadılmış düyüyə xüsusi ədviyyatlar əlavə edilir, bir həftə saxlandıqdan sonra süzülür və nəticədə, cüzi spirtli ekzotik içki əldə olunur.

Tibet çayı digər çaylardan öz qeyri-adi dadı ilə fərqlənir.

Tibetin tanınmış tsampa yeməyi arpa unu, yağ, çay və ya arpa pivəsindən hazırlanır.

Tibet təbabəti barədə məlumat XI əsrdə yazılmış və XVII əsrdə tərcümə olunmuş "Cud Şi" əsərində toplanıb. Burada əsas diqqət xəstəliyin müalicəsinə və uzunömürlülüyə ayrılır. Bəzi bölmələr yuxu, yemək, xəstəliklərin yaranma səbəbinə, hamiləlik, cinsi həyat və düzgün həyatın qaydalarına həsr olunub.

  1. Tibet Arxivləşdirilib 2012-11-17 at the Wayback Machine // Britannica
  2. Bazin, Louis; Hamilton, James (1991), “L’origine du nom Tibet”, in Ernst Steinkellner, editor, , pages 9–28.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]