Bu, tənha məqalədir, çünki hansısa məqalədən bu məqaləyə verilmiş keçid yoxdur. |
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Dinuzulu (zulu Dinuzulu kaCetshwayo; 1868 — 18 oktyabr 1913[3]) — Zulusların əfsanəvi başçısı.
Dinuzulu | |
---|---|
| |
Kral () | |
20 may 1884 – 18 oktyabr 1913 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1868[1][2] |
Vəfat tarixi | 18 oktyabr 1913 |
Vəfat yeri |
|
Fəaliyyəti | siyasətçi |
Vikianbarda əlaqəli mediafayllar |
Dinuzulu 1868-ci ildə anadan olub. Müstəqil zulusların sonuncu hökmdarı Keçvayonun oğludur.
1884-cü ildə atası rəqibi Zibebu ilə döyüşlərdə məğlub olduqdan sonra Dunuzulu burlarla ittifaqa girir və onların köməkliyi ilə Zibebuya qalib gələr. Əvəzində isə 10,4 min km²-lik ərazini bunlara verir.
Hadisələrin belə gedişi ingilisləri narahat etməyə başlayır. Çünki onlar bütünlüklə Zululend üzərində hakimiyyətlərini itirəcəklərindən ehtiyat edirdilər. Buna görə də ingilislər şərqi Zululenddə Britaniya protektoratlığını elan edirlər. Dinuzulu ingilislərə qarşı üsyan etsə də məğlub olur və Transvaala qaçmağa məcbur olur. Lakin az sonra ingilislərə əsir düşür və məhkəmənin qərarı ilə 10 il müddətinə Müqəddəs Yelena adasına həbsə göndərilir.
Yeddi ildən sonra Dinuzulu sürgündən qayıdır. Lakin az sonra bambatların ingilislərə qarşı üsyanına dəstək verməkdə günahlandırılaraq 1908-ci ildə yenidən 4 il müddətinə həbs edilir.
1910-cu ildə Dinuzulunun köhnə dostu Luis Bota Cənubi Afrika İttifaqının başçısı seçilir və onu həbsdən azad edir.
Transvaala gedən əfsanəvi lider 1913-cü ildə burada dünyasını dəyişir.