Diopsid – CaMg [Si2O6] — monoklinik sinqoniya. Rast gəlmə tezliyi şkalası: tez-tez rast gələn.
Diopsid | |
---|---|
Ümumi məlumatlar | |
Kateqoriya | Mineral |
Formul (təkrarlanan vahid) |
CaMgSi₂O₆[1] |
Strunz təsnifatı | VIII/D.01b[2] |
Xüsusiyyətləri | |
Zolaq rəngi | ağ |
Vikianbarda əlaqəli mediafayllar |
Piroksenlər qrupuna aid olan mineral bir neçə növ müxtəlifliyi ilə təmsil olunmuşdur: otu çalarlı yaşıl xromdiopsid (5% Cr2O3), yaşıl omfasit (5–11% Al2O3, 6 % -dək Na2O), Fe3+ ilə zənginləşmiş diallaq, lavrovit (2–4% -dək V2O3) və b.
Rəng – müxtəlif intensivlikli yaşıl, az hallarda ağ, rəngsiz; Mineralın cizgisinin rəngi – yaşılımtıl-ağ; Parıltı – şüşə; Şəffaflıq – şəffafdan qeyri-şəffafadək; Sıxlıq – 3,3–3,4; Sərtlik – 5,5–6; Kövrəkdir; Ayrılma – {110} üzrə aydın; Bölünmə – çox vaxt {100} üzrə diallaqda müşahidə edilir; Sınıqlar – pilləlidən qeyri-hamaradək; Morfologiya – kristallar: prizmatik, nisbətən az iynə- və lövhəvari; İkiləşmə: çox vaxt {100} və {102} üzrə; Mineral aqreqatları: sıx bütöv və dənəvər kütlələr (kokkolit), çubuqvari, radial-şüalı əmələgəlmələr.
Maqmatik diopsidə müxtəlif tip süxurlarda rast gəlinir. Ultraəsası və əsası püskürmə süxurlarında – piroksenit, dunit, qabbro, diabazlarda, ultraəsası lavalarda, olivinli bazaltlarda, traxibazaltlarda və b., xromdiopsid isə ekloqitlərdə və peridotitlərdə geniş yayılmışdır. Qələvi peqmatitlərdə ətraf süxurların peqmatit ərintisi tərəfindən assimilyasiyası məhsulu kimi qeyd edilir. Kontakt-metasomatik mənşəli diopsid ən çox skarnlarda inkişaf etmişdir, çox vaxt roqoviklərdə də rast gəlir. Metamorfik əmələgəlmələrin tipik mineralıdır – mineralın ən iri yığınları piroksen-roqovik və epidot-amfibolit fatsiyalarında toplanmışdır. Qırıntı materialı kimi çökmə süxurlarda rast gəlir. Bir sıra daş meteoritlərində qeyd edilir. Birlikdə rast gəldiyi minerallar: skapolit, qranatlar, vollastonit, titanit, tremolit, xlorit, maqnenit və b. Mineralın tapıldığı yerlər: Axmatov, Slüdyanka (Rusiya); Svartsenşteyn (Avstriya); Nordmark (İsveç); Kanaan (ABŞ) və b. Diopsid Kiçik Qafqazın Azərbaycan hissəsində ofiolit qurşağının hiperbazitlərində (dunitlərdə, peridotitlərdə), Göydərə xromit yatağında, Daşkəsən və Gədəbəy rayonlarının skarnlarında tapılmışdır.
Şəffaf xromdiopsid zərgərlikdə istifadə edilir.