Dioqo Alves

Dioqo Alves (ing. Diogo Alves; 1810 - 19 fevral 1841, İspaniya, Qalisiya, Samos (Luqa) — ispan əsilli portuqaliyalı seriyalı qatil.[1] 1836-1840-ci illər arasında yetmiş nəfəri öldürdü. Onun törətdiyi cinayətlər hamısı Aqua Livres su kəməri ərazisindəydi və bununla da “Su kəməri cinayətkarı” adını qazandı. 19 fevral 1841-ci ildə edam cəzasına məhkum edildi və asıldı. Qatilin başı bədəndən ayrılmış və elmi məqsədlər üçün bir qabda yerləşdirilmişdir, indi turistik bir yerdir.[2]

Dioqo Alves
ing. Diogo Alves
1840-cı ildə Dioqo Alves
1840-cı ildə Dioqo Alves
Ləqəbləri Su kəməri qatili, Pankada
Doğum tarixi
Doğum yeri İspaniya, Qalisiya, Samos (Luqa)
Vəfat tarixi
Vəfat yeri Portuqaliya, Lissabon
Vəfat səbəbi asılma[d]
Vətəndaşlığı
Qətllər
Qurbanların sayı 70
Qətllərin dövrü 1836-1840
Qətllərin yeri Portuqaliya, Lissabon
Cəzası edam
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Qalisiyada bir kəndli ailəsində anadan olan Alves gənc yaşda olarkən ailə atından yıxıldı, başını vurdu və Pankada (“zərbə”) ləqəbini qazandı. On doqquz yaşındaykən valideynləri onu Lissabona işləməyə göndərdilər. Bir neçə iş dəyişdikdən sonra o, valideynlərinə məktub yazmağı dayandırdı, içki içməyə, qumar oynamağa başladı və mehmanxanaçı Mariya “Parreyrinya” Gertrudeslə tanış oldu. Bu əlaqənin Alvesi öldürməyə təhrik etdiyi güman edilir. O, cinayətlər törətməyə başladı və “Su kəmərindən olan qatil” adlı ikinci ləqəbəni qazanır. O, yoldan keçən kasıbları qarət etdi və daha sonra şəxsiyyətlərinin tanınmaması və ölümləri intihar kimi təqdim etmək üçün onları 60 metr yüksəklikdən tulladı.

Su kanalındakı cinayətlər sübut olunmamış qaldı, lakin hakim heyəti Alves və dəstəsini digər cinayətlərə görə, xüsusən də həkimin dörd ailə üzvünü öldürdüyünə görə cəzalandırdılar. Mariyanın 11 yaşlı qızı Mariya de Konseycao dəstəyə qarşı məhkəmədə ifadə verdi. Nəticədə anası Afrika koloniyalarında ömürlük sürgünə göndərildi.

Alves Portuqaliyada axırıncıdan bir əvvəlki asılan cinayətkar (əksər hallarda səhvən sonuncu olduğu iddia olunur) oldu. Bu zaman etdiyi hərəkətlər Lissabonun Tibbi-Cərrahiyyə Məktəbinin elm adamlarını maraqlandırdı. Asıldıqdan sonra beynini öyrənmək üçün Alvesin başı kəsilmiş və öyrənilmşdir. Bu günə qədər hələ də şüşəli bir qabda qorunub saxlanılır. Elm adamları su kəmərləri üçün saxta bir açar almağa onu nəyin vadar etdiyini, onun harada gizləndiyini və neçə nəfəri qarət edib öldürdüyünü heç vaxt izah edə bilmədilər.


  • Gideon High, Everything I did not want to know (translation and adaptation of Vladimiro Nunes), tinta da china, 2006.
  • Portugal — Historical, Corographic, Heraldic, Biographical, Bibliographic, Numismatic and Artistic Dictionary, Volume IV, pp. 599–600..
  1. Colton Kruse. "How did Portugal's first serial killer's head end up in a jar?" (ingilis). ripleys.com. 8 noyabr 2017 tarixində arxivləşdirilib.
  2. Colton Kruse. "The 'Aqueduct Murderer' Diogo Alves: Famous Portuguese Murderer" (rus). pereulki.com. 4 avqust 2016 tarixində arxivləşdirilib.