Diplomlu maliyyə analitiki

Diplomlu maliyyə analitiki (Chartered financial analyst - CFA) Diplomlu Maliyyə Analitikləri İnstitutunun (1990-cı ildən etibarən İnvestisiya menecmenti və tədqiqatları Assosiasiyası) diplomunu almış mütəxəssis. Müvafiq diplomu almaq üçün namizədlər 3 mərhələdən ibarət olan imtahanlardan keçməlidirlər və qiymətli kağızlara investisiya qoyuluşları, portfelin idarə edilməsi, uçot, maliyyə təhlili, etik davranış qaydaları və s. bu kimi sahələr üzrə zəruri biliklərə malik olduqlarını nümayiş etdirməlidirlər.[1]

Mənbə:[redaktə | mənbəni redaktə et]

  1. MALİYYƏ BAZARLARI TERMİNLƏRİNİN İZAHLI LÜĞƏTİ Bakı, «NURLAR» Nəşriyyat-Poliqrafiya Мərkəzi, 2010,s.67