Di`ptix (yun. δίπτυχος "ikiqat qatlanmış") qədim zamanlarda yunanlar və romalılar tərəfindən içəri üzü yazı üçün nəzərdə tutulmuş taxtadan, sümükdən, metaldan hazırlanmış bir birinə bərkidilmiş ikiqatlanan lövhələr. Adətən lövhələrin üzü müxtəlif növ naxış və ornamentlərlə bəzədilir. Sonralar diptix qədim kilsə liturgiyalarında yad edilən adlar siyahısı mənasında işlədilmişdir. Bu cür kitabələr əlavə lövhələrə də malik olduqları üçün onları səhifələrə müvafiq triptixa (yun. τρίπτυχα), pentaptixa (yun. πεντάπτυχα), poliptixa (yun. πολύπτυχα) və s. adlandırılır. Günümüzdə bu termin adətən ümumi ya eyni ideya və süjet xəttli təsviri sənət əsərlərinə (şəkil, qravür, fresk), eyni zamanda kiçicik ədəbiyyat formalarına, xüsusən şeirlərə tətbiq edilir.
Konsulluq diptixi Bizans İmperiyası zamanında konsula vəzifəsinə başlaması üçün təqdim olunan fil sümüyündən hazırlanmış, iki lövhədən ibarət açıqcadır.[1] Konsulluq diptixinin ilk olaraq 438 ildən imperator Feodosiya məcəlləsinə əsasən hazırlanması qeyd olunsa da 406 cı ilə məxsus nümunələrinə rast gəlinir. Konsulluq diptixlərinin sonuncu istifadə tarixi I Yustinianın dövrünə, belə ki, 541 ilə təsadüf edir. Bizansa məxsus konsulluq diptixləri antik Roma nümunələrinə oxşardır.[2] Konsulluq diptixlərinin üzərində təyin olunmuş konsulun bitki ornamentləri arasında rəsmi təsvir olunur. Bundan başqa bəzi medalyonlarda vəhşi heyvanla döyüş, ov, cıdır mərasimləri də təsvir olunur.[3] Eyni zamanda diptixlərin üzü qiymətli daş-qaşlarla da işlənilmişdir. Qədim diptixlər antik ənənəyə xasdırlar. Bunu stilistik təsvirlərdən antik dram səhnələrindən seçmək mümkündür.[4] VI əsr konsulluq diptixləri yunan-şərq təsviri sənət ənənələrinə əsaslanan Bizans stilinə malikdirlər.[5]