Dirndl (alm. Dirndl) — Alman xalqına məxsus milli geyim. Dirndl əsasən Almaniyanın Bavariya əyalətində, İsveçrə, Lixtenşteyn və Avstriya kimi alman toplumlarının kompakt yaşadığı yerlərdə istifadə olunur.[1] Adətən bayramlar və xüsusi günlər zamanı geyinilən dirndlın bir digər adı Landhausmode şəklindədir. Müasir dövrdə dirndl geyimi Oktoberfest festivalı zamanı daha çox istifadə edilməkdədir. Geyimin 1870-ci ildə Avstriya yarandığı ehtimal edilir.