Discovery Family (əvvəllər — ing. Discovery Kids and Hub Network) — 1996-cı il 7 oktyabrda yayıma başlamış amerikan kabel və peyk televiziya kanalı. Kanal Discovery Communications və Hasbro şirkətlərinin birgə müəssisəsidir.
Discovery Family | |
---|---|
Ölkə | ABŞ |
Yayım ərazisi | ABŞ |
Baş qərargah |
|
Yaranma tarixi | 7 oktyabr 1996-cı il |
Bağlanma tarixi | 25 aprel 2014 |
Sahibi | Hasbro |
Rəhbərlik |
Discovery Communications (60 %) |
Keçmiş adları |
Discovery Kids (7 oktyabr 1996 — 9 oktyabr 2010) Hub Network (10 oktyabr 2010 — 12 oktyabr 2014) |
Qardaş kanallar |
Discovery Channel TLC Animal Planet OWN Discovery Science Military Channel Discovery Fit & Health Investigation Discovery Planet Green |
Sayt | discoveryfamilychannel.com |
Discovery Family kanalı iki auditoriya növünə malikdir: gündüz vaxtı uşaqlar üçün öz proqramlarının və əldə edilmiş televiziya proqramlarının nümayişi, axşam və gecə vaxtlarında isə ailənin baxması üçün köhnə televiziya komediyalarının, dram və bədii filmlərin təkrarı.
Şirkətin prezidenti Henri Şliffdir (Henry Schleiff). Televiziya kanalının baş icraçı direktoru Fox Kids-in keçmiş direktoru Tom Kosqrouv (Tom Cosgrove) idi. Hub Network (2010–2014) televiziya kanalının prezidenti və icraçı direktoru televiziya veteranı olan Marqaret Leş (Margaret Loesch) idi.
Kanalın tamaşaçı auditoriyası təxminən 60 milyon insanı əhatə edirdi. 13 oktyabr, 2014-cü ildə Hub Network televiziya kanalı Discovery Family kanalına çevrildi. 14 sentyabr, 2017-ci ildə Fransada fransız versiyası yayıma başladı. Bu versiya uşaqlar üçün proqramlar yayımlamırdı və yalnız SFR platformasının abunəçiləri üçün yayımlanırdı.