Disfagiya (yun. δυσ — pozğunluq yun. φαγεῖν — udmaq ) — udma aktının posğunluğu. Udma bir reflektor əzələvi akt olub, növbəli şəkildə əzələlərin yığılıb boşalması qida kütləsinin — loxmanın udlaqdan qida borusuna və mədəyə ötürülməsinə xidmət edir. İnsan gün ərzində 600 dəfə udma aktını icra edir. Bunun 200 dəfəsi qida qəbulu zamanı, 50 dəfəsi yuxu zamanı, 350 dəfəsi isə digər yerdə qalan müddət ərzində baş verir. Udma aktı üç ağız, udlaq və qida borusu fazalarına malikdir. Disfagiya zamanı udma aktı çətinləşir və ağrılı olur, yaxud heç mümkün olmur. Bu zaman qida qalıqları və ya maye duruna, qırtlaq boşluğuna, traxeyaya axıb tökülmüş olur. Ağrılı udma aktı odinofagiya adlanır. Disfagiya udma aktının fazalarına müvafiq ağız-udlaq və qida borusu formalarına malikdir. Disfagiyanın ağız-udlaq forması öz növbəsində üç: yuxarı, orta, aşağı hissəyə bölünür. Yuxarı disfagiyalarına adətən qalxanvari vəzi xəstəliklərində, müvafiq lifa düyünlərinin böyüməsi zamanı, müvafiq əzələ, fəqərə patologiyalarında, ağız, qırtlaq və udlağın sinir innervasiyalarının pozulmasında rast gəlinir.
Disfagiya | |
---|---|
XBT-10 | R |
XBT-9 | , |
DiseasesDB | 17942 |
MedlinePlus | 003115 |
eMedicine | pmr/194 |
MeSH | D003680 |
Vikianbarda əlaqəli mediafayllar |
Orta disfagiyalara adətən divararalığı orqanlarının (damarlar, sinirlər, limfa düyünləri, ürək, plevra və birləşdirici toxumalar) patologiyalarında rast gəlinir. Aşağı disfagiyalara isə adətən diafraqma (şişlər, sistlər və yırtıq), qaraciyər və dalaq patologiyaları səbəb olur. Qida borusu spazması disfagiyanın ən çox rast gəlinən formasıdır. Qida borusu disfagiyası spazmalar, divertikullar, yad cisimlər zamanı, udlağın selikli qişasının kəskin və xroniki iltihablarında, qida borusunun xora, çapıq və şişlərində, qida borusunun əzələ-sinir keçiriciliyi patologiyasında rast gəlinir.
Disfagiyalar ağırlığına görə 4 dərəcəyə bölünürlər: