Distortşn

Distorşn ing. Distortion — ingilis dilində "dəyişmə", "pozulma", "bükülmə", "təhrif etmə" və "deformasiya" mənalarını verən termin.

Adi gitara və elektrogitaraların təbii səslərinin təhrif edilməsi və ya dəyişdirilməsi üçün istifadə edilir. Rokmetal musiqisinin vacib ünsürlərindəndir. Distortionlar pedal şəklindədir. Ayaqla idarə edilə bilən elektron alətlərdir. Gitaralarda daxili və ya xarici olur. Kompüterlərdə distortion üçün bəzi proqramlar istifadə edilə bilər. Çalınan musiqi tərzinə görə bir çox distortion pedalı var. Qısaca olaraq distortion müasir musiqidə ən çox istifadə edilən effekt alətlərindəndir.