Dividentin gəlirliliyi

Dividentin gəlirliliyi (Dividend yield) - İllik dividentlərin səhmin qiymətinə olan nisbətidir. Çox zaman divident gəlirliliyindən səhm üzrə əldə olunan gəlirin həcmini müəyyən etmək üçün istifadə edilir. Yüksək gəlirlilik yüksək divident və ya şirkətin bazar reytinqinin aşağı olmasına baxmayaraq, səhmlərin qiymətinin azalması ilə nisbətin cəlbedici görünməsi  deməkdir. Aşağı gəlirlilik sürətli artım gözləntiləri fonunda şirkətin səhmlərinin qiymətinin yüksək olması və ya şirkətin gəlirlərinin əksər hissəsinin bölüşdürməməsi, onları yenidən biznesə yatırmaq üçün nağd formada saxlamağa üstünlük verməsi deməkdir.[1]

Mənbə:[redaktə | mənbəni redaktə et]

  1. MALİYYƏ BAZARLARI TERMİNLƏRİNİN İZAHLI LÜĞƏTİ Bakı, «NURLAR» Nəşriyyat-Poliqrafiya Мərkəzi, 2010,s.69