Divlər sarayı (film, 1968)

Elmi-kütləvi filmdə Azərbaycan arxeoloqları tərəfindən aşkar edilmiş Azıx mağaralarından bəhs olunur. Bu mağaralar öz böyüklüyünə və tarixi əhəmiyyətinə görə dünyada üçüncü, sabiq SSRİ-də isə birinci böyük mağaradır.

Divlər sarayı
Janr tarixi
Rejissor Musa Bağırov
Ssenari müəllifləri Məmmədəli Hüseynov
Fəraməz Səfiyev
Operator Faiq Qasımov
İstehsalçı "Azərbaycanfilm" Kinostudiyası
İlk baxış tarixi 1968
Filmin növü qısametrajlı sənədli televiziya filmi
Ölkə SSRİ SSRİ
İl 1968
Texniki məlumatlar 2 hissə
403 metr
35 mm
Rəng rəngli

Arxeoloji qazıntılar zamanı tapılmış nadir əşyalar və insan sümükləri 500-600 min il bundan qabaq həmin mağaralarda qədim insanların yaşadığını bir daha sübut edir. Əsrlərdən yadigar qalmış bu təbii mağaralar müasir və gələcək nəsillərə hələ çox sirr açacaqdır.

Film üzərində işləyənlər

[redaktə | mənbəni redaktə et]
Rejissor: Musa Bağırov
Ssenari müəllifi: Məmmədəli Hüseynov, Fəraməz Səfiyev
Operator: Faiq Qasımov
Səs operatoru: Şamil Kərimov
  • Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 170-179.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]