Diyarşünaslıq muzeyi

Şəhərindəki Askola diyarşünaslıq muzeyi, Finlandiya, Askola.

Diyarşünaslıq muzeyi — müəyyən coğrafi və ya inzibati əraziyə aid tarixi abidələri, təbii-elmi və bədii kolleksiyaları, xalq sənətkarlığı nümunələrini toplayan, qoruyan, öyrənən və təbliğ edən elmi-tədqiqat və mədəni-maarif müəssisəsi. Azərbaycanda ilk diyarşünaslıq muzeyi 1920-ci ilin iyununda Bakıda yaradılmışdır. Bu indiki Azərbaycan Tarixi Muzeyidir.