Diyen (dövlət)

Diyen, Dyan (çin. Hant; vyet. Điền quốc, Den, Ten və ya Tien[1]) - e.ə. IVe.ə. II əsrlərdə indiki Quyçjou, Sıçuan və Yunnan əyalətlərinin Tunsin, Kunmin, Siçan, Dali qəzalarında, Çin Xalq Respublikası hüdudlarında mövcud olmuş dövləti qurum. Dövlət Diyen və ya Kunmin gölünün yerləşdiyi yaylada mövcud olmuş. Diyenlilər öz ölülərini qəbrlərdə basdırmışdılar.[2] Diyen dili ehtimal olunur ki, tibet-birma dillərindən biri olmuş.[3]

Tarixi dövlət
Dyan krallığı
滇國
Diyen dövləti və qonşu ərazilər
Diyen dövləti və qonşu ərazilər

Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ümumi məlumat

[redaktə | mənbəni redaktə et]

Çin mənbələrində sinan-i və mimo kimi məlum olan, bir sıra tədqiqatçı tərəfindən müasir itszuların əcdadı hesab edilən eyniadlı qrup, yaxud tayfa ittifaqı tərəfindən yaradılmışdır. Çin tarixi əsərlərində Diyeni Çu çarlığının hökmdarı Vey-vanın [e.ə. 339-328] qardaşı Çjuanszyaonun adı ilə bağlayırlar. Çjuanszyao hərbi yürüş zamanı işğal olunmuş vilayətdə qalmış və diyenlilərin vanı titulunu qəbul etmişdi. Diyenin maddi mədəniyyət abidələri, əsasən, Şiçjayşan (e.ə. IV əsr - eramızın I əsrinə aid məzarlığın adı ilə adlandırılmışdır) arxeoloji mədəniyyəti ilə təmsil olunur. Diyendə metallurgiya istehsalı inkişaf etmiş, əmək alətləri və silahlar tunc və dəmirdən hazırlanmışdır. Diyendə böyük bürünc barabanlar istehsal olunurdu və bu barabanlardan döyüşlərdə istifadə olunurdu. Bundan başqa xüsusi ritual dəfn mərasimlərində də barabanlar çalınardı.

Əhali əkinçilik və maldarlıqla məşğul olmuşdur. Əyanlara məxsus dəfn yerlərindən Donqşon mədəniyyətinə məxsus tunc məmulatlar, həmçinin Skif-Sibir heyvani üslubunun əlamətlərini özündə əks etdirən heykəllər aşkarlanmışdır. Məmulatların bəziləri Minusa çuxuru, Altay, Kubanboyu və Donboyundan tapılmış məmulatlarla müqayisə edilə bilər. Tunc məmulatlar və heykəlciklər üzərindəki rəsmlərə görə sosial bərabərsizlik etnik diferensiasiya ilə bağlı idi: hakim təbəqələr, ehtimal ki, İran mənşəli işğalçıların, sadə xalq və qullar isə tabe edilmiş xalqların nəsilləri idilər. Diyenlilər öz çarlarını Şiçjayşanda dəfn edirdilər. Qəbrlər xüsusi damğa ilə işarələnirdi: Diyen çarının möhürü. Möhür xüsusi şiriftlə yazılır və qızıl olurdu.[4] E.ə. 109 ildə Diyen Çinin Han imperiyasının tərkibinə qatılmışdır. Nəticədə Diyen ərazisində İçjou komandanlığı yaradılmışdır. Diyenlilər isə tədricən çin han mədəniyyətinə assimiliyası olunmuş. Diyenlilər və onların nəsilləri e.ə. 86-cı ildə, eramızın 8, 42 və 176 illərində Çin ağalığına qarşı üsyanlar qaldırmışdılar.

  1. "Account Suspende" (PDF). Archived from the original on 2013-10-14. İstifadə tarixi: 2019-11-01.
  2. Stark, Miriam T. (ed), Archaeology of Asia, ISBN 1-4051-0213-6
  3. Blench, Roger; Sagart, Laurent; Sanchez-Mazas, Alicia (2015). The Peopling of East Asia: Putting Together Archaeology, Linguistics and Genetics. Routledge. ISBN 9781138862234.
  4. Charles Higham. Encyclopedia of ancient Asian civilizations (illustrated). Infobase Publishing. 2004. səh. 93. ISBN 0-8160-4640-9. 11 July 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 May 2011.