Han sülaləsi


Çin tarixi
Çin tarixi
Mədəniyyət • Din • Fəlsəfə • Mifologiyası
Dao  • Daosizm  • Leqizm  • Tao Te Çinq  • Konfutsiçilik  • Kon Fu Dzı  • Lao-tszı  • Moizm  • Mo-tszı  • İn və Yan  • Li  • 36 stratagem  • Citkundo  • Kunq-fu  • Tay çi çuan  • Uşu  • Vin Çun  • Dim Mak  • Şaolin
Üç hökmdar və beş imperator
Sya sülaləsi
Şan sülaləsi
Çjou sülaləsi
Şərqi Çjou Yaz-Payız
Döyüşən çarlıqlar

Xəta: Şəkil etibarsızdır və ya mövcud deyil.

Sin sülaləsi
Çu sülaləsi — qarışıq dövr
Han sülaləsi
Qərbi Han
Sin sülaləsi, Van Man
Şərqi Han
Üç çarlıq
Vey
Şu U
Qərbi Çzin
16 barbar Şərqi Çzin
Cənub və Şimal sülalələri
Suy sülaləsi
Tan sülaləsi
Çin Respublikası

Han sülaləsi (çin. ənən. 漢朝, sadə. 汉朝, pinyin: Hàn cháo, hərfi mənası: "Han çao"; E.ə. 206220) – Çin xanədanı.

Tsin imperiyası Çin tarixində ilk xalq üsyanı nəticəsində süquta uğradı. Tsin Şixuanın ölümündən sonra yenə də qarışıqlıq dövrləri başladı. E.ə. 206-cı ildə keçmiş kəndxuda Lü Banın başçılığı altında qiyamçı dəstələr Tsin ordusunu asanlıqla darmadağın etdi və paytaxtı aldı. Bu Çudan olan Lyu Bana özünü Han hökmdarı elan etməyə imkan verdi, belə ki, Tsinin paytaxtı keçmiş Han hökmdarlığı ərazisində yerləşirdi. Daha dörd il də çoxsaylı üsyankar rəhbərlər taxt-tac uğrunda mübarizə apardılar. E.ə. 202-ci ildə Lü Ban özünün əsas və sonuncu rəqibini – zadəgan ailəsindən olan general Syan Yuyanı məğlub etdi. Qao-dzu, "Ali ulu əcdad" titulunu qəbul edib Xan sülaləsinin əsasını qoydu, bu da Qədim Roma, Xristianlıq və Məsihlə bir dövrə təsadüf edirdi. Lü Ban Çanan şəhərini imperiyanın paytaxtı elan etdi.

Han sülaləsinin dörd əsrdən çox hakimiyyəti iki dövrə bölünür: Erkən Han (Qərbi) və Sonrakı Han (Şərqi), bunlar da müvafiq olaraq e.ə. 206-cı ildən eramızın 8-ci ilinədək və 8-ci ildən 220-ci ilədək olan dövrü əhatə edir.

Bu dövrlər arasındakı eramızın 9-25-ci illərini əhatə edən az müddət ərzində Sin sülaləsi hakimiyyətdə olmuşdur.

Erkən Han Tsin imperiyası idarəetmə sisteminin bəzi xarakterik xüsusiyyətlərini qoruyub saxlamışdır. Öz yeddi silahdaşına Lü Ban van titulu bağışlamışdı, 130-na isə vərəsəlik torpaqları paylamışdı. İmperator Udiy isə (E.ə. 140-87) mərkəzi hakimiyyətin gücləndirilməsinə yönəldilmiş dəyişikliklər həyata keçirir, bunun da gedişində Tsin dövründə mövcud olan müfəttişlik təsisatları bərpa edilir.

Han dövrünün əvvəlində hökumət daosizm təliminin tərəfindəydi. Bu axında Lyu An (E.ə. 179-122-ci illər) özünün kifayət qədər eklektik təlimini inkişaf etdirir. E.ə. II əsrdə sarayda leqizmlə sintezdə konfutsiçiliyə maraq yaranır, bu da filosof Dun Cunşu (E.ə. 179-104-cü illər) tərəfindən həyata keçirilir. Qanuni inzibati metodların və konfutsiçiliyin əxlaqi dəyərlərinin kombinasiyası Çin imperiyasına sonrakı iki min ildən artıq dövr ərzində mövcud olmağa kömək göstərmişdir. Xanlılar itirilmiş konfutsiçi və digər mətnləri bərpa etdilər, əlyazmaların axtarışı, onların sistemləşdirilməsi və bərpası üzrə böyük işlər gördülər. Han dövründə "Dəyişikliklər kitabı"nda, "in-yan" və "beş ünsür" nəzəriyyəsində əsası qoyulmuş baxışlar "simvollar və rəqəmlər haqqında təlimdə" formalaşmışdı. Bu dövrdə ensiklopediyaçı-filosof Van Çun (e. 27-97-ci illəri) antiavtoritarizm fəlsəfəsini işləyib hazırlayır. Van Çun konfutsiçilərin və daoçuların bəzi baxışlarını sintez edərək ümumiləşdirir.

Zadəganlar əsas dövlət vəzifələrinin əksəriyyətini tuturdular. Bununla belə Han hökmdarları xidmətə, mövqeyindən asılı olmayaraq istedadlı insanları cəlb etməyə çalışırdılar. E.ə. 124-cü ildə imperator Udiy "Ali məktəbin" ("Taysüye") əsasını qoydu və ölkənin bütün əyalətlərindən bacarıqlı gənclərin orada təhsil alması üçün seçilməsini əmr etdi. O vaxtdan başlayaraq bütün Çin sülalələri bu və ya başqa şəkildə dövlət təhsilinə kömək etmişdilər. Dövlət xidmətinə qəbul üçün ənənəvi imtahan sisteminin yaranması da Taysyuenin açılışı ilə bağlıdır. Məktəbin planına konfutsian "Beşkitabçılığın" – Vucin (Şicin – "Nəğmələr kitabı", Licin – "Ayinlər kitabı", Şicin – "Tarix kitabı", Coun – "Dövrü dəyişikliklər", Çuntsü – "Bahar və payızlar") öyrənilməsi daxil idi. Həmçinin ox atmaq, musiqi, ayin və "Altı sənət"dən digərləri öyrənilirdi. Təlimlər "Boşi" (doktor) adına malik və Udiy sarayında xidmət edən konfutsian-alimlər tərəfindən aparılırdı. Bir ildən sonra tələbələrdən imtahan götürülür və onlar öz biliklərinə müvafiq vəzifələrə təyin olunurdular. Udiy özü imtahan verənlərin sınaqlarında iştirak edirdi. Məmur vəzifəsi almaq məqsədilə seçim sisteminin və konfutsian təliminin birləşdirilməsi sonralar Xan sülaləsinin axırına qədər möhkəmləndirilmiş və tətbiq edilmişdir.

İlk vaxtlar məktəbdə 50-yə qədər tələbə təhsil ala bilərdi. E.ə. 8-ci ildə tələbələrin sayı üç minə qədər artmışdı, sonrakı Xan dövründə isə onların sayı təqribən otuz minə çatmışdı. Bu sülalənin ən parlaq nümayəndəsi tamamilə konfutsiçiliyə qayıdan beşinci imperator Udiy (E.ə. 140-87-ci illər) olmuşdur. Öz hakimiyyət dövrünün quldarlıq cəmiyyətindən feodalizmə keçidlə üst-üstə düşməyi faktını nəzərə alaraq o, başa düşürdü ki, konfutsiçilik feodal cəmiyyətinin və ümumiyyətlə istənilən hökmran cəmiyyətin ideya istinadgahıdır. İmperator Udiy deyirdi ki, dövlət vəzifəsi tutmaq üçün Konfutsinin müqəddəs kitablarındakı mətnləri bilmək lazımdır. Onun hakimiyyəti dövründə Çin çox gücləndi. İmperator Udiy hunlarla uğurlu döyüşlər apardı; ilk dəfə olaraq CunqariyadanQaşqardan Avropaya ipək yolu saldı, baxmayaraq ki, o, həmin vaxt belə adlanmırdı, Vyetnamdan Quandum və Quansini zəbt etdi, Koreyanı istila etdi, yəni Çin imperiyası az qala bugünkü miqyaslara gəlib çatdı. Qeyd etmək laxımdır ki, ilk dəfə olaraq nahtszu, xan milləti anlayışı Xan dövründən gəlmişdir və çinlilər özlərini xanlılar adlandırır.

Bu sülalənin bir xarakterik cəhəti vardır: iki min illik hazırkı Çin milli memarlığı da o dövrdə yaranmışdır.

İmperator Udiyin zamanında Sı Ma Tsyan adlı çox böyük bir şəxs yaşayırdı, o, Çin tarixşünaslığının əsasını qoymuş və ilk dəfə olaraq tarixi monoqrafiyanın kompleks prinsipini tətbiq etmişdir. O, "Şi Tszi" adlanan tarixi əsərin müəllifi olmuşdur, salnamə traktlatlarla bir-birini əvəzləyir, yəni o, təkcə xronoloji hadisələrin təsvirini verməmiş, eyni zamanda konseptual xarakterli tarixi təhlil aparmışdır. Xanlıların Çjou sülaləsinin ətraflı tarixini yazmaları ilə əlaqədar olaraq bir sülalənin ondan əvvəlki sülalənin tarixini yazmaq ənənəsi yaranmışdır, həm də bu o qədər səhih olurdu ki, məsələn, hind alimləri Hindistan tarixini Çin mənbələrindən öyrənirlər.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]