Diyircəkli Yastıq

Diyircəkli Yastıq (digər adı Diyirlənmə yastığı) — əsas elementi diyirlənmə cisimi (halqalar arasında qoyulan və bir-birindən separatorla ayrılaraq müəyyən məsafədə yerləşən kürəciklər və ya diyircəklər) olan düyünə deyilir. İş zamanı diyirlənmə cisimləri, əksər hallarda tərpənməz olan halqaların üzərindəki qaçış yolu üzrə diyirlənir. Aparan diyirlənmə cisimləri arasında yük bərabər paylanmayıb, yastıqda olan radial araboşluğundan və onun detallarının həndəsi dəqiqliyindən asılı olur. Diyirlənmə yastıqları maşınqayırmada geniş yayılmışdır. Onlar standartlaşdırılmışdır və kütləvi istehsalda hazırlanır.

Üstünlükləri

[redaktə | mənbəni redaktə et]

Bu yastıqların aşağıdakı üstünlükləri vardır:

1. Kütləvi istehsal nəticəsində ucuzdur;

2. Sürtünməyə az itkilər sərf edilir və işlədikdə az qızır;

3. Yüksək dərəcədə qarşılıqlı əvəzolunmaya malikdir ki, bu da maşınların quraşdırılmasını və təmirini asanlaşdırır;

4. Az yağlama tələb edir;

5. Xüsusi xidmət və diqqət tələb olunmur.

Nöqsanları aşağıdakılardır:

1. Yastığın konstruk- siyasının böyük sərtliyi nəticəsində zərbəli və titrəyişli yüklərə çox həssasdır;

2. Yüksək sürətli intiqallarda həddindən çox qızma olduğundan və mərkəzdənqaçma qüvvələrinin təsiri ilə separatorların dağılması təhlükəsi yarandığından az etibarlıdır;

3. Nisbətən böyük radial ölçü-lüdür;

4. Böyük sürətlərdə səs salır.[1]