Dizaq qəzası — Qarabağ bəylərbəyliyinə daxil olan qəza.
Dizaq "qalaça" deməkdir. Dizaq qəzasının ərazisinə Füzuli bölgəsinin xeyli kəndi daxil idi. Bu kəndlər əsasən dağlıq hissədə yerləşən şenliklərdir.
1593-cü ildə Dizaq qəzasının Dizaq nahiyəsinə 82 kənd aid edilirdi (Füzuli bölgəsinə aid olan).[1]
Səfəvilər hakimiyyəti zamanında, bəylərbəylik dönəmində Dizaq qəzasının və nahiyəsinin kəndləri Osmanlı qaynaqlarındakı ilə eynidir.
Dizaq qəzası XVII yüzilin sonlarında ləğv olundu. Qəzanın kəndlərinin əksəriyyəti Dizaq nahiyəsinin tərkibinə verildi.