Dmanisi kəllə sümüyü 5

Dmanisi kəllə sümüyü D4500 + alt çənə sümüyü D2600 (Gürcüstan Milli Muzeyi, Tbilisi)

Kəllə 5 və ya D4500 olaraq da bilinən Dmanisi kəllə, Gürcüstanın Dmanisi şəhərində aşkarlanan və erkən Homo erectus olaraq təsnif edilən beş kəllədən biridir. 2013-cü ilin oktyabr ayında bir nəşrdə təsvir edilən, təxminən 1,8 milyon yaşında olduğu təxmin edilən və bir Pleystosen homo növünün ən qədim kəllə sümüyü olub və qədim dövrün ilk tam yetkin hominin kəllə sümüyüdür.[1][2]Tədqiqatçılara görə, bu kəşf "kiçik beyni olan erkən Homo'nun , ancaq bədən kütləsi, boyu və əza nisbətləri ilə müasir dəyişimə çatan yetkin fərdin olduğuna dair ilk sübutdur."[3] Kəllə 2017-ci ildən bəri hələ də davam edən bir paleontoloji mübahisənin səbəbi olmuşdur: Homo rudolfensis və ya Homo habilis kimi fərqli növlərdən olduğu düşünülən bir çox hominin fosili ümumiyyətlə ayrı növ olmaya bilər. Daha doğrusu, tək inkişaf edən bir nəsil ola bilər.

Kəllə sümüyünün kəşf edilməsi

[redaktə | mənbəni redaktə et]

1991-ci ildə gürcü alimi David Lordkipanidze Gürcüstanın Dmanisi mağarasında erkən insan məşğuliyyətinin izlərini tapdı. O vaxtdan bəri, ərazidə beş erkən hominin kəllə sümüyü aşkar edilmişdir. 2005-ci ildə tapılan Kəllə 5 daha qədim dövrün nümunəsidir. Əlavə təhlillərdən sonra 5 il əvvəl tapılan çənə (D2600) ilə birləşdirildi. Kəşfin son təhlili uzun illər çəkdi və yalnız 2013-cü ildə nəşr edildi.[4]

Kəllə sümüyünün təsviri

[redaktə | mənbəni redaktə et]

Böyük bir Australopithecus böyüklüyündə bir beyin həcminə baxmayaraq, (546 kub santimetr) Homo erectusun bütün xüsusiyyətləri Kəllə 5-də açıqca görünür. Kəllə sümüyü 5-in görkəmli və kütləvi olan kəllə üstquruluşları, ehtimal ki, bir kişi olduğunu göstərir. Üzü, bu günə qədər kəşf edilmiş insan əcdadlarının ən böyüyüdür. Tədqiqatçılar fərdin boyunun 146 santimetr ilə 166 santimetr, çəkisinin 47 kiloqram ilə 50 kiloqram arasında olduğunu təxmin edirlər. 1980-ci illərə qədər, elm adamları homininlərin ilə bütün Erkən Pleystoseni Afrika qitəsi ilə (təqribən 0,8 mln. qədər) məhdudlaşdırırdı. Dmanisi arxeoloji ərazisi, Afrikadan çıxan ilk hominin sahəsidir və onun təhlili bəzi homininlərin, əsasən Homo Erektusun 1.85 milyon il əvvəl Afrikanı tərk etdiyini göstərir. 5 kəllə sümüyünün hamısı təxminən eyni yaşdadır. Nəticədə, Dmanisi kəllə tarixlərinin paleontoloji əhəmiyyəti böyükdür. Bu əhəmiyyət yalnız kəllə 5-in kəşfi ilə deyil, həmçinin eyni ərazidə tapılan başqa bir nümunə, D2700 olaraq da bilinən Dmanisi kəllə 3 ilə də əlaqələndirilmişdir.[5]

  1. David Lordkipanidze, Marcia S. Ponce de Leòn, Ann Margvelashvili, Yoel Rak, G. Philip Rightmire, Abesalom Vekua, Christoph P. E. Zollikofer (18 October 2013). "A Complete Skull from Dmanisi, Georgia, and the Evolutionary Biology of Early Homo". Science. 342 (6156): 326–331. :10.1126/science.1238484 Arxivləşdirilib 2019-11-12 at the Wayback MachinePMID 24136960 Arxivləşdirilib 2022-08-15 at the Wayback Machine
  2. "Skull suggests three early human species were one : Nature News & Comment". 2022-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-03.
  3. Wilford, John Noble (October 17, 2013)"Skull Fossil Suggests Simpler Human Lineage" Arxivləşdirilib 2018-12-12 at the Wayback Machine The New York Times.
  4. Watson, Traci (October 17, 2013)."Skull discovery sheds light on human species" Arxivləşdirilib 2019-04-25 at the Wayback Machine
  5. Lahr, M.M., 2010. "Saharan Corridors and Their Role in the Evolutionary Geography of ‘Out of Africa I’". In: A. Baden et al. (Eds.), Out of Africa I: The First Hominin Colonization of Eurasia. Springer Netherlands, 27–46.