Dmitri Konstantinoviç Muruzi

Dmitri Konstantinoviç Muruzi (rum. Dumitru C. Moruzi; 1 iyul 1850[1], Yassı9 oktyabr 1914[1], Yassı) — Rusiya, MoldaviyaRumıniya yazıçısı, bəstəkar, dövlət işçisi.[2]

Dmitri Muruzi
Doğum tarixi 1 iyul 1850(1850-07-01)[1]
Doğum yeri
Vəfat tarixi 9 oktyabr 1914(1914-10-09)[1] (64 yaşında)
Vəfat yeri
Fəaliyyəti dövlət qulluqçusu, yazıçı, bəstəkar, şair, tərcüməçi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Dmitri Konstantinoviç Muruzi, iyunun 1 və ya 2-də, 1850-ci ildə, Moldoviya padşahlığının paytaxtı Yaş şəhərində anadan olmuşdur. Fənərli olub tanınmış Muruzi nəslindəndir. 1863–1869-cu illərdə Fransada təhsil almaq üçün yola düşdü. Soroka rayonunda 1873-cü ildən dövlət qulluğunda çalışmışdır.

1877-ci ildə Rus İmperiyasının diplomatik xidmətinin tərcüməçisi olmuşdur. Daha sonra Rumıniyanın paytaxtı Buxarestə diplomatik işə göndərildi.[3] Rumıniya millətçilik təsiri altında, o, diplomatik karyerasına son qoydu və 1882-ci və ya 1883-cü ildə Rumıniya vətəndaşlığını qəbul. 1887-ci ildə Dunay Deltasında Sülin Limanında idarəçi və müavinin köməkçisi seçilib, anti-daşqın tədbirləri alaraq Avstriya modelində könüllü bir xilasetmə briqadası təşkil etdi. 1890-cı illərin sonunda, Muruzi, ictimai xidmətdən təqaüdə çıxdı və bəstəkar kimi özünü sınamağa başladı.
1902-ci ilin fevralında Buxarest Milli Teatrında səhnəyə qoyulan "Pescarii din Sulina" ("Sulina Balıqçıları") üç aktlı opera yazmışdır. O, həmçinin jurnalistika və yazıçı fəaliyyətini davam etdirdi.
1910-cu ildə Rumıniyanın Demokratik Milliyyətçi Partiyasına qatıldı.[4] Muruzinin əsas əsərləri "Înstrăinații. Studiu social în formă de roman " (1910) və "Pribegi în țară răpită. Roman social basarabean" adlı romanları idi. O, digər janrlarda da əsərlər yazdı. 1911-ci ildə üç əsəri və eyni zamanda satirik romanı "Pe viscol" adlı bir komediya dərc etdirdi.

9 oktyabr 1914-cü ildə Yaşʼda yoxsulluqda vəfat etdi, lakin "Eternitat" qəbiristanlığında xüsusi mərasimlə dəfn edildi.[5]

  1. 1 2 3 4 Bibliothèque nationale de France Dumitru Constantin Moruzi // BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. Florin Marinescu, "Un basarabean înflăcărat. Scriitorul Dumitru C. Moruzi" Arxivləşdirilib 2017-07-10 at the Wayback Machine in Revista Limba Română
  3. "Мурузи Александр Дмитриевич (1807–1880)". 2019-05-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-27.
  4. "Дом Мурузи". 2019-05-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-27.
  5. Bezviconi, Profiluri…, p. 245

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]