Rus İmperiyası


Rusiya İmperiyası (rus. Российская империя) — 1721-ci ildə Şimal müharibəsinin sona çatmasından 1917-ci il Fevral inqilabı nəticəsində hakimiyyətə gələn müvəqqəti hökumət tərəfindən Respublika qurulana qədər AvrasiyaŞimali Amerika boyunca mövcud olmuş imperiya.[1]

İmperiya
Rusiya imperiyası
rus. Российская Империя
Bayraq Gerb[d]
Bayraq Gerb[d]
««С нами Бог!»
Tanrı bizimlədir!
»
Himn: «Боже, Царя храни!»
Tanrı, Çarı qoru!

Rusiya İmperiyası özünün pik nöqtəsində, 1865-ci il:   Rusiya İmperiyası   Protektoratları və təsir sahəsi

Rusiya İmperiyası özünün pik nöqtəsində, 1865-ci il:

  Rusiya İmperiyası
  Protektoratları və təsir sahəsi
 
 
22 oktyabr (2 noyabr) 1721 — 1 (14) sentyabr 1917

Paytaxt Sankt-Peterburq
(1721–1728, 1730–1917)
Moskva (1728–1730)
Dilləri rus dili, polyak dili, fin dili, isveç dili
Rəsmi dilləri Rus dili və regional dillər
Dövlət dini Pravoslav
Valyuta qızıl rubl[d], Rubl
Ərazisi 23,700,000 km² (1866)
21 799 825 km² (1916)
Əhalisi 125,640,021 (1897)
İdarəetmə forması Mütləq Monarxiya
(1721–1906)
Konstitusiyalı monarxiya
(1906–1917) (de-yure)
Dövlət başçıları
İlk İmperator
 • 1721-1725 I Pyotr
Son İmperator
 • 1894-1917 II Nikolay
İlk Baş nazir
 • 1905-1906 Sergey Vitte
Son Baş nazir
 • 1917 Nikolay Qalitsin
Tarixi
 • 22 oktyabr 1721 I Pyotr tərəfindən imperiya elan edilməsi
 • 26 dekabr 1825 Dekabristlər üsyanı
 • 3 mart 1861 Kəndli islahatı
 • 22 yanvar 1905–
16 iyun 1907
1905-1907-ci illər inqilabı
 • 6 may 1906 Konstitusiyanın qəbulu
 • fevral–mart 1917 Fevral inqilabı
 • 15 mart 1917 II Nikolayın devrilməsi
 • 14 sentyabr 1917 Müvəqqəti hökumət tərəfindən respublikanın qurulması
Davamiyyət
 →
a. 1866-cı ildən sonra Alyaska ABŞ-yə satıldı, lakin Batum, Qars, PamirZakaspiyski əldə edildi.
b. 1914-cü ildə Sankt-Peterburqun adı Petroqrad olaraq dəyişdirildi.
c. Rusiya, imperiya dağılanadək Yuli təqvimindən istifadə etməyə davam etdi.
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Dünya tarixində üçüncü böyük imperiya olmaqla, üç qitə boyunca uzanan Rus İmperiyası ərazi ölçüsünə görə yalnız BritaniyaMonqol İmperiyasından geri qalırdı. Rusiya imperiyasının yüksəlişi rəqib qonşularının — İsveç, Reç Pospolita, İran və Osmanlı imperiyalarının zəifləməsi sayəsində baş verdi. Bu, 1812–1814-cü illərdə Napoleonun Avropanı idarə etməklə qərbə və cənuba doğru genişlənmək istəyinin dəf edilməsində böyük rol oynadı.

Rusiya İmperiyasını 1721-ci ildən 1762-ci ilə qədər Romanovlar ailəsi, 1762-ci ildən sonra bu ailənin alman əsilli qolu Holşteyn-Qottorp ailəsi idarə edirdi. 19-cu əsrin əvvəllərində Rusiya İmperiyası şimaldan Şimal Buzlu okeandan cənubda Qara dənizə, qərbdən Baltik dənizindən şərqdə Sakit okeana və 1867-ci ilə qədər Amerikada Alyaskaya qədər uzanırdı.[2] 1897-ci ildə əhalinin siyahıya alınması ilə qeydiyyata alınan 125.6 milyon nəfər ilə həmin dövrdə Böyük Tzin və Hindistandan sonra dünyada əhalisinin sayına görə üçüncü yerdə idi. Rusiya bütün imperiyalar kimi iqtisadiyyat, etnik və dini mənsubiyyət fərqliliklərini özündə birləşdirirdi. İmperiyada çoxsaylı üsyan və sui-qəsd cəhdləri həyata keçirən müxalif qüvvələr var idi. Onlar gizli polis tərəfindən yaxından izlənilir və minlərlə insan Sibirə sürgün edilirdilər.

İqtisadi cəhətdən, imperiyanın əsas bazasını kənd təsərrüfatı təşkil edirdi. Böyük əmlaklarda təhkimli kəndlilərin çalışması (1861-ci ildə azad olunanadək) ilə məhsuldarlıq göstəriciləri aşağı idi. Dəmir yolu və fabriklərdə xarici sərmayələrin qoyulması hesabına iqtisadiyyat yavaş-yavaş sənayeləşdirildi. Torpaqlar 10-cu əsrdən 17-ci əsrə qədər zadəganlar (boyarlar), sonralar isə imperator tərəfindən tərəfindən idarə olunurdu. Çar III İvan (1462–1505), daha sonra ortaya çıxacaq olan imperiyanın təməlini qoymuşdur. O, dövlətin ərazisini üç dəfə artırmış, Qızıl Ordanın ağalığına son qoymuş, Moskva Kremlini bərpa etdirmiş və Rusiya dövlətinin bünövrəsini qoymuşdur. Çar Böyük Pyotr (1682–1725) çoxsaylı müharibələr aparmış və onsuz da böyük olan imperiyanı daha da böyüdərək Avropanın əsas güclərindən birinə çevirmişdir. O, paytaxtı Moskvadan yeni şəhər modeli olan Sankt-Peterburqa köçürmüş və ənənəvi, orta əsrlərdən qalma bəzi ictimai və siyasi baxışları müasir, elmi, Avropayönümlü və rasionalist bir sistemlə əvəz edən mədəni inqilab həyata keçirmişdir.

Böyük Yekaterina (1762–1796-cı illərdə hakimiyyətdə olmuşdur) imperiyaya qızıl dövrdə başçılıq etmişdir. O, fəthlə, müstəmləkəçilik və diplomatiya ilə dövləti genişləndirmiş, Qərbi Avropa xətləri boyunca Böyük Pyotrun modernləşmə siyasətini davam etdirmişdir. Çar II Aleksandr (1855–1881) 1861-ci ildə bütün 23 milyon təhkimli kəndlilərin azad olunması da daxil olmaqla bir çox islahatlar həyata keçirmişdir. Onun Şərqi Avropada siyasəti pravoslav xristianları Osmanlı hökmranlığı altında qoruyurdu. 1914-cü ilə qədər davam edən bu əlaqə Rusiyanın Birinci Dünya müharibəsinə Fransa, Birləşmiş KrallıqSerbiya tərəfdən qatılaraq Alman, Avstriya və Osmanlı imperiyalarına qarşı mübarizəyə başlamasına gətirib çıxardı.

Rusiya İmperiyası 1905-ci il inqilabına qədər mütləq bir monarxiya kimi idarə olundu və daha sonra de-yure konstitusiyalı monarxiyaya çevirildi. İmperiya, 1917-ci ilin Fevral İnqilabı və Birinci Dünya müharibəsində iştirakında kütləvi uğursuzluqları səbəbindən süqut etdi.

İmperiyanı I Pyotr rəsmən Niştad sülh sazişindən sonra elan etsə də bəzi tarixçilər onun yaranmasını ya III İvanın 1478-ci ildə Veliki Novqorodu işğalı ilə, ya da İvan Qroznının 1552-ci ildə Qazan xanlığının varlığına son qoyması ilə əlaqələndirirlər. Başqa bir fikrə görə, 1547-ci ildə IV İvana tacqoymadan sonra istifadə olunan Çarlıq termini artıq imperiya sözünün müasir rus versiyası idi.

Rusiya İmperiyasının etnik xəritəsi, 1875-ci ildə nəşr edilib

Rusiyanın genişlənməsi, əsasən, 17-ci əsrdə baş verdi. Belə ki, 17-ci əsrin ortalarında Sakit okeanın birinci dəfə rus müstəmləkəçiliyi altına salınması, Rusiya - Polşa müharibəsi (1654 - 1667) nəticəsində Ukraynanın sol sahilinin birləşdirilməsi və Rusiyanın Serbiyanı işğalı ilə bu, pik həddə çatdı. Polşa 1790–1815 illər aralığında bölündü, torpaqlarının və əhalisinin çoxu Rusiyaya birləşdirildi. 19-cu əsrdə böyümə, əsasən, Asiyada və Sibirin cənubunda ərazilərin ilhaqı hesabına baş verirdi.[3]

XVII əsrdə ruslar öz dili ilə fərqlənən xalqların qarışığı idi. Bunlar, əsasən, böyük hind-avropa dil qrupunun slavyan ailəsinə məxsus idilər. Velikoruslarmoskovitlər Moskva ətrafında yaşayırdılar. Onlar şimal meşələrinə nüfuz edib, çoxlu fin və digər aborigen tayfaları assimilyasiya etmişdilər. Qara dəniz sahili həmin vaxtadək Osmanlı himayəsində olan tatar xanlarının əlində idi. Tatarlarla ruslar arasındakı sərhəd torpaqlarında yarımmüstəqil kazaklar yaşayırdılar, onlar əsasən miqrasiya edən ruslardan əmələ gəlmişdilər.

Moskvanın qərbində beloruslar, cənub-qərbində isə maloruslar və ya ukraynalılar yaşayırdılar. Onların hər ikisi XVII əsrdə Polşanın hökmranlığı altında idi. O vaxtlar Polşa Avropada aparıcı slavyan dövləti idi.

İl Rusiyanın əhalisi (milyon)[4] Qeydlər
1720 15.5 yeni Baltik və Polşa əraziləri daxil olmaqla
1795 37.6 Polşanın bir hissəsi daxil olmaqla
1812 42.8 Finlandiya daxil olmaqla
1816 73.0 Polşa krallığı və Bessarabiya daxil olmaqla
1914 170.0 Yeni Asiya əraziləri daxil olmaqla

Xarici əlaqələri

[redaktə | mənbəni redaktə et]

I Pyotr (1672–1725)

[redaktə | mənbəni redaktə et]

1724-cü ildə Salyanda Rusiya əleyhinə, 1727-ci ildə isə Qarabağda Osmanlı hakimiyyətinə qarşı üsyanlar oldu.[mənbə göstərin]

II Yekaterina (1762–1796)

[redaktə | mənbəni redaktə et]

Şahzadə II Yekaterina III Pyotr ilə evli alman şahzadəsi idi. İmperatriça Yelizaveta öldükdən sonra o həyat yoldaşını qarşı çevriliş həyata keçirərək hakimiyyəti ələ keçirdi.

  1. . Swain says, "The first government to be formed after the February Revolution of 1917 had, with one exception, been composed of liberals." Geoffrey Swain. Trotsky and the Russian Revolution. Routledge. 2014. səh. 15. 2015-09-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-11.; also see Alexander Rabinowitch. The Bolsheviks in Power: The First Year of Soviet Rule in Petrograd. Indiana UP. 2008. səh. 1. 2015-09-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-11.
  2. In pictures: Russian Empire in colour photos Arxivləşdirilib 2018-08-20 at the Wayback Machine, BBC News Magazine, March 2012.
  3. Brian Catchpole, A Map History of Russia (1974) pp 8–31; MArtin Gilbert, Atlas of Russian history (1993) pp 33–74.
  4. Brian Catchpole, A Map History of Russia (1974) s 25.


Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]