Dmitri Kusov[1] (oset. Хъуысаты Димитр; 10 (22) sentyabr 1889, Vladiqafqaz – 9 fevral 1964) — Osetin, Sovet şairi və dramaturqu. Əsərlərini osetin və rus dillərində yazmışdır.
Dmitri Kusov | |
---|---|
Doğum tarixi | 10 (22) sentyabr 1889 |
Doğum yeri | |
Vəfat tarixi | 9 fevral 1964 (75 yaşında) |
Fəaliyyəti | şair |
10 sentyabr 1889-cu ildə Vladiqafqazda anadan olmuşdur. 1889-cu ildə ailəsi iş axtarmaq üçün İrkutska köçür. Uşaqlığı və gəncliyi bu şəhərdə keçirməli olur. 1906-cı ildə atasının ölümündən sonra anası ilə birlikdə Vladiqafqaza qayıdır. 1908-ci ildə Vladiqafqaz şəhər məktəbini bitirir
1915–1917-ci illərdə orduda xidmət etmişdir. Ordudan təıxris edildikdən sonra Tiflisə köçür. Daha sonra Moskvaya gəlir, burada kinofabrikdə etnoqraf-məsləhətçi və rejissor köməkçisi olaraq çalışır. 1923-cü ildə "Abrek Zaur"[2] filmi onun ssenarisinə görə çəkilir. 1927-ci ildən Rostov-na-Donuda yaşayır. Böyük Vətən müharibəsi zamanı Şimali Osetiyaya qayıtdır.
1945-ci ildə Bolşeviklərin Sovet İttifaqı Kommunist Partiyasına üzv olur[3].
1964-cü il fevralın 9-da vəfat etmişdir.
Osetiya ədəbiyyatında ən çox dramaturq kimi tanınır. Bir neçə pyes yazır. 1912-ci ildə Vladiqafqaz Rus Teatrında səhnələşdirilən "Dağların uşaqları" adlı ilk əsərini yazır. Rejissor E. Vaxtanqov tamaşanın hazırlanmasında iştirak edir. 1914-cü ildə Tiflisdəki Osetiya teatrında səhnələşdirilən "Zaurbəy" dramını və "Uğursuz oğurluq" komediyasını yazır. 1928-ci ildə Vladiqafqaz Rus Teatrında dörd pərdəli "Ağ duman" tamaşası nümayiş etdirilir.
Rostov-na-Donuda yaşayarkən o, rus dilində "Məryəm" pyesini və 1931-ci ildə Şimali Qafqaza səyahətlərindən bəhs edən "Qoryanka" adlı oçerklər toplusunu nəşr etdirir. 1940-cı ildə "Qəhrəman Mişutka" pyesini yazır. Bu pyes əsasında hazırlanan tamaşa Rostov Dram Teatrının səhnəsində 500-ə yaxın səhnəyə qotyulur. Bu pyes 1942-ci ildə Vladiqafqazda ayrıca nəşr kimi dərc edilmişdir. "Xalqın oğlu" Kusovun Kosta Xetaqurov haqqında ikinci pyesi olur. "Həyat işığı" tamaşası isə kənd yerlərinin elektrikləşdirilməsindən bəhs edir.
1943–1948-ci illərdə Cənubi Osetiyada (Tsxinvali) yaşayan Dmitri Kusov faşist işğalçılarından Qafqazın müdafiəsi mövzusunda "Lənətə gəlmiş" və gürcü xalqının Böyük Vətən mharibəsində iştirakı mövzusunda "Urmuli" pyeslərini yazmışdır. Hər iki pyes Cənubi Osetiya teatrında səhnələşdirilib.