Dmitri Pavloviç Polınkin (1899, Radişşev[d], Saratov quberniyası[d] – 16 yanvar 1944) — Sovet İttifaqı Qəhrəmanı (17 may 1944).
Dmitri Polınkin | |
---|---|
rus. Дмитрий Павлович Полынкин | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1899 |
Doğum yeri |
|
Vəfat tarixi | 16 yanvar 1944 |
Vətəndaşlığı | |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Rus |
Qoşun növü | artilleriya[d] |
Rütbəsi | serjant |
Döyüşlər | |
Təltifləri |
|
Dmitri Polınkin 1899-cu ildə Rusiyanın Ulyanovsk vilayətinin Novospassk rayonunun Radişşev kəndində anadan olub. Milliyətcə rusdur. Müharibədən əvvəl Bakı şəhərində yaşamış, neft mədənlərində işləmişdir. 1942-ci ildə Bakı Şəhər Sabunçu Rayon Hərbi Komissarlığından orduya çağırılmışdır. Qvardiya serjantı idi. 5-ci qvardiya top ordusunun 689-cu tank əlahidddə alayının tank nişançısı. Bir çox döyüş əməliyyatlarında iştirak etmişdir[1].
16 yanvar 1944-cü ildə Ukraynanın Kirovoqrad şəhəri yaxınlığında həlak olmuşdur[1].
17 may 1944-cü ildə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür. Lenin ordeni və Qırmızı Ulduz medalı ilə təltif edilmişdir[1].