Dmitri Sıçyov (rus. Дмитрий Сычев; 26 oktyabr 1983[1], Omsk) — Rusiyanın Lokomotiv Moskva klubunun kapitanı, Rusiya milli komandasının hücumçusu.
Dmitri Sıçyov | ||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
rus. Дмитрий Сычёв | ||||||||||||||||
| ||||||||||||||||
Ümumi məlumatlar | ||||||||||||||||
Doğum tarixi | 26 oktyabr 1983[1] (41 yaş) | |||||||||||||||
Doğum yeri | ||||||||||||||||
Vətəndaşlığı | ||||||||||||||||
Təhsili |
|
|||||||||||||||
Boyu | 180 sm | |||||||||||||||
Çəkisi | 72 kq | |||||||||||||||
Mövqeyi | hücumçu | |||||||||||||||
Nömrəsi | 11 | |||||||||||||||
Vəzifəsi | Hücumçu | |||||||||||||||
Karyerası | ||||||||||||||||
|
||||||||||||||||
|
||||||||||||||||
Vikianbarda əlaqəli mediafayllar |
Dmitri Rusiyanın Perm şəhərində 1982-ci ildə anadan olub. Uşaqlıqda futbolla məşğul olmağa başlayıb. Bundan sonra 2000-ci ildə Fransanın "Marsel" klubuna yollanıb. Burada 2 il keçirən futbolçu əsasən əvəzedici heyətdə yer alıb. Daha sonra Rusiyaya qayıdıb və Spartak Moskva klubu ilə müqavilə imzalayıb. 2005-ci ildə klubu tərk edib və Lokomotiv Moskva klubunun heyətində çıxış etməyə başlayıb.
Lokomotivə keçdikdən sonra tez bir zamanda əsas heyətin futbolçusu olub. Lokomitivdə oynadığı illər ərzində o 1 dəfə Rusiya çempionu, 1 dəfə kubok qalibi və bir dəfə Birlik Kubokunun qalibi olub. 2009-cu ildə D. Bilyaletdinovun gedişindən sonra komandada kapitan sarğısı ona həvalə edilib. Sonuncu 2009/10 mövsümündə 23 oyuna çıxıb və rəqib qapısına 13 dəfə yol tapıb. Hazırkı 2010/11 mövsümündə 18 oyunda meydana cıxıb və rəqib qapısından 4 top keçirib. Bundan başqa Avropa — Liqasının pley-off mərhələsində 1 qol vurub.
Dmitri Rusiya milli futbol komandasının şərəfini 2003-cü ildən qoruyur. 2004-cü ildə o "Avro 2004" turnirində meydana 2 oyunda çıxıb. Sonrakı illərdə komandanın lideri olub. "Avro 2008" turnirinin seçmə mərhələsində 8 oyunda meydana çıxıb və 1 qol vurub. 2008-ci ildə Avropa çempionatında çıxış edib və 3 oyunda meydana çıxıb. Sonda Rusiya yarışın bürünc medallarını qazanıb. Daha sonra Qus Xiddinkin dönəmində əsas heyətə düşə bilməyib. Hazırda milli komandaya dəvət alıb, lakin əsas heyətdə möhkəmlənə bilmir və oyuna əsasən əvəzetməyə çıxır.