Dmitri Sorokin

Dmitri Sorokin (d. 2 yanvar 1992) — Rusiya əsilli Azərbaycanlı suya tullanan. Dmitri Sorokin, 2017-ci ildə baş tutan IV İslam Həmrəyliyi Oyunlarında 1 gümüş və 2 bürünc medal qazanıb.

Dmitri Sorokin
Şəxsi məlumatlar
Tam adı Dmitri Sorokin
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Doğum tarixi (31 yaş)
İdman növü Suya tullanma

Karyerası[redaktə | mənbəni redaktə et]

Dmitri Sorokin, 2017-ci ildə Azərbaycan bayrağı altında IV İslam Həmrəyliyi Oyunlarına qatıldı. 3 metr tramplin yarışlarında Dmitri Sorokin, 331.25 xal toplayaraq 6 idmançı sırasında 3-cü yeri tutdu və yarışların bürünc medalına layiq görüldü. 3 metr sinxron tramplin yarışlarında o, Artyom Danilov ilə birgə 297.90 xal toplayaraq 4 idmançı sırasında yenə 3-cü yeri tutdu və IV İslam Həmrəyliyi Oyunlarının bürünc medalına sahib oldu. 10 metr sinxron platforma yarışlarında isə Dmitri Sorokin, Artyom Danilov ilə birgə 265.11 xal toplayaraq 3 idmançı sırasında 2-ci yeri tutdu və yarışların gümüş medalına layiq görüldü.

İstinadlar[redaktə | mənbəni redaktə et]