Do diyez minor noktürnü (Şopen)

Do diyez minor noktürnü — solo fortepiano üçün olan 20 nömrəli do diyez minor sonatası Lento con gran espressione, P 1, No. 16, KKIVa/16, polyak bəstəkarı Frederik Şopen tərəfindən 1830-cu ildə bəstələnmiş, 1870-ci ildə isə çap olunmuşdur. Şopen bu əsəri böyük bacısı Lüdvikaya həsr etmiş və qeyd etmişdir:

İkinci konsertimin çalışmasına başlamazdan əvvəl hazırlıq üçün bacım Lüdvikaya.

Əsər bəstəkarın ölümündən 26 il sonra çap olunmuşdur və adətən, sürətli olduğu üçün Lento con gran espressione adlandırılmışdır. Bəzən də bu əsər "Xatirə" (Reminiscence) adlanıb. Noktyurn daha sonra Holokostdan sağ çıxmağı bacaran Nataliya Karp tərəfindən ifa olunmuşdur. O, bu əsəri Nazi komandirlərindən biri Amon Goata ifa etmiş və Amon musiqidən çox təsirləndiyi üçün onu öldürməmişdir.[1][2]

Musiqili Struktur

[redaktə | mənbəni redaktə et]

Lento con gran espressione kimi tanınan bu əsər 4/4 ölçüsündə yazılıb. Əsər mülayim və eyni zamanda da qəmgin motivlərlə başlayir, daha sonra isə əsas mövzu 5-ci taktdan ifa olunmağa başlayır. Sağ əl əsas mövzunu çaldığı müddətdə sol əl leqato şəklində qırıq-qırıq akkordlarla musiqinin gözəlliyinə fərqli rəng qatır. 21-ci taktda motiv xəyalpərəst pianissimoya keçir və nəhayət 47-ci taktda əsas mövzuya qayıdır və do diyez major tonallığında sona çatır. Orta hissənin 1 və 2-ci, ümumi mövzunun isə 21, 22-ci taktlarının mövzusu onun elə həmin ərəfələrdə yazdığı Fortepiano üçün ikinci konsertinin(Fa minor) üçüncü hərəkatı ilə, ikinci hissəsi isə həmin əsərin ikinci hərəkatı ilə çox oxşar idi. 33-cü taktda 3/4 ölçüsünə keçilməsi də öz növbəsində Fa minor konsertinin 3-cü hərəkatındakı Şerzando hissəsi ilə 145-ci taktda uyğunlaşır və eyni zamanda bu hissədə sağ və sol əl birlikdə sözügedən mövzunu oktava şəklində ifa edirlər.[3] [4] [5] [6]

İstifadə olunduğu yerlər

[redaktə | mənbəni redaktə et]

Noktyurn əsəri Roman Polanski tərəfindən çəkilmiş Pianoçu filmində ifa olunmuş və çox böyük rəğbətlə qarşılanmışdır. Noktyurn filmdə iki dəfə- əvvəldə və sonda əsərin qəhrəmanı Vladislav Şpilman tərəfindən Varşava Radio studiyasında lentə alınmışdır. Əsərin bütöv versiyası isə soundtrack şəklində Janus Olejnitsak tərəfindən ifa edilmişdir.

  1. Narodowy Instytut Fryderyka Chopina
  2. Murdoch, William (1935). Chopin: His Life.
  3. "Arxivlənmiş surət". 2016-12-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-12-10.
  4. "Arxivlənmiş surət". 2010-01-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-12-10.
  5. Charters, David. "Natalia Karp". Liverpool Daily Post. Retrieved 2008–04-02.
  6. "Władysław Szpilman plays Nocturne in C-sharp minor". DailyMail UK.com. Retrieved 20 July 2018