Vladislav Şpilman

Vladislav Şpilman (pol. Władysław Szpilman; 5 dekabr 1911[2][3][…], Sosnoves[d], Polşa çarlığı, Rusiya imperiyası6 iyul 2000[3][4][…], Varşava, Polşa) — polyak pianoçusu və bəstəkarı. Roman Polanski "Pianoçu" filmini Vladislav Şpilmanın avtobioqrafiyası əsasında çəkmişdir. Şpilman 1939-cu ildə Almanların Polşaya hücumunda, ailəsini itirsədə özü sağ qurtula bilmişdir.

Vladislav Şpilman
pol. Władysław Szpilman
Doğum tarixi
Doğum yeri Sosnavic , Polşa
Vəfat tarixi (88 yaşında)
Vəfat yeri Varşava, Polşa
Dəfn yeri
  • Povonzki hərbi qəbiristanlığı[d]
Milliyyəti Polyak
Təhsili
  • Berlin İncəsənət Akademiyası[d] (19311933)[1]
Fəaliyyəti Pianoçu və bəstəkar
Fəaliyyət illəri 1930-cu ildən
szpilman.net
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1911-ci ildə Sosnoves şəhərində yəhudi ailəsində doğulan Şpilman 1930-cu illərin əvvələrində, VarşavaBerlin şəhərlərində piano təhsili almışdır. 1933-cü ildə Adolf Hitler hakimiyyətə gələndə Şpilman tezliklə Varşavaya qayıdır. 1 aprel 1935-ci ildə Şpilman Polşa Radiosuna işə düzəlir. 1939-cu ildə Almanlar Polşanı işğal etməsindən sonra Polşa radiosu fəaliyyətini dayandırır. Bununla Şpilman və ailəsinin ağır günləri başlayır. Şpilman yalnız Yahudlilərin buraxıldığı restoranda piano ifa edir və bu yolla maddi baxımdan ağır olan ailəsini saxlayırdı. Hitlerin planlarından biri yəhudiləri Gettolara toplamaqla, onların kütləvi şəkildə məhv etmək idi.

Şpilam ailəsi ilə birlikdə Varşavada kasıbların cəmləşdiyi səmtdə yaşayırdı. Qardaşı yəhudi bazarında kitab satmaqla ailəsinə kömək edirdi. Şpilmanın qardaşından başqa iki bacısıda vardı. Alman Yəhudi polisində çalışan şəxslər, Şpilman ailəsini nasistlərlə işləməyi təklif etsələrdə, ailə bu təklifi qəbul etməmişdir. 1940-cı ilin əvvələrində, ailə Gettolara aparılmaq üçün dəmiryoluna gətirilmişdir. Burada əvvəlcədən tanıdığı yəhudi polisi tərəfindən xilas edilmiş və dəmiryolunun ərazisindən uzaqlaşdırılmışdır. Bundan sonra Şpilman 4 il müddətində, Varşava şəhərində Almanlardan gizlənmişdir.

Bir neçə dəfə ələ keçsədə, qaçaraq xilas olmuşdur. Onun gizlənməsində Polşa radiosunun əməkdaşlarının rolu böyük olmuşdur. Onlar Şpilmanı 2 dəfə ayrı-ayrı mənzillərdə gizlənməsini və vaxtı-vaxtında ərzaqla təmin olunmasını həyata keçirmişdilər. Müharibənin sonlarına yaxın küçələrdə gecələyən Şpilman, Varşavada xarabalıqlarının birində Alman zabiti Vilm Hosenfildlə qarşılaşmışdır. Hosenfild Şpilmanı gizləndiyi yeri öyrənmiş və onu üç gündən bir ərzaqla təmin etmişdir. Şpilman Alman qərargahının mərkəzi olan binanın damında gizlənirdi.

Bir neçə aydan sonra almanlar Polşadan çıxmışlar, bununla Şpilman böyük cətinliklə İkinci dünya müharibəsindən sağ qurtula bilmişdir. Müharibədən sonra uzun müddət yaşayan Şpilman, Polşa radiosunda yarımçıq qalan fəaliyyətini davam etdirmişdir. Şpilmanın sağ qalmasında müstəsna əməyə sahib olan Polşa radiosunun bir çox işçiləri, zabit Vilm Hosenfild və Şpilmanın bütün ailə üzvüləri həlak olmuşdur. Vladislav Şpilman 6 iyul 2000-ci ildə Varşava şəhərində vəfat etmişdir.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. 1 2 http://www.szpilman.net/framemain.html.
  2. Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  3. 1 2 Władysław Szpilman // filmportal.de. 2005.
  4. Wladyslaw Szpilman // Brockhauz Ensiklopediyası (alm.).