Dodekanes adaları (On iki ada)

Dodekanes adaları və ya On iki ada (Δωδεκάνησα Dodekanesa) — Egey dənizində yerləşən adalar qrupuna verilən addır.[1]

Dodekanes adaları
36°27′ şm. e. 27°18′ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Sahəsi
  • 2.714 km²
Mərkəzin hündürlüyü 1.216 m
Saat qurşağı
Xəritəni göstər/gizlə
Dodekanes adaları xəritədə
Dodekanes adaları
Dodekanes adaları
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Dodekanes anlayışının mənşəyi

[redaktə | mənbəni redaktə et]

Dodekanes - On iki ada adını Osmanlı imperiyasının qeyri-müsəlman ərazilərində tətbiq etdiyi idarəetmə formasına əsasən alıb. “12-lik” adlanan bu sistemə görə, hər on ailə bir nümayəndə seçir və bu nümayəndələr regionu idarə etmək üçün öz aralarından “on iki nəfərlik ağsaqqal şurası” müəyyənləşdirirdilər. Türk dilində "On iki ada" kimi təqdim olunan bu coğrafi ərazinin adı daha sonra yunan dilinə və başqa dillərə hərfi tərcümə edilmişdir.

"On iki ada" adlanan adalar qrupunda adından fərqli olaraq on iki ada yoxdur. Adalar qrupuna 14 böyük, 20-dən çox kiçik ada vardır.

NASA Visible Earth-dən peyk şəkli

Dodekanes adaları Egey dənizinin cənub-şərqində yerləşir və şərqdə Türkiyə, cənub-qərbdə Krit və qərbdə Siklad adaları ilə həmsərhəddir.

Türklər bu adların bir qismini türk dilinə uyğunlaşdırmış, bəzilərinə isə türk adları vermişlər.

  • Dodekanes adaları:

1- Astypalaia - İstanbul

2- Halki - Herke, Hereke, Herkit

3- Kalymnos - Kilimli, Kelemez

4- Karpathos - Kerpe

5- Kasos - Kaşot, Çoban

6- Kos - Kos

7- Leros - İleriye, İleryoz

8- Nisyros - İncirli

9- Patmos - Batnaz

10- Rodos - Rodos

11- Simi - Sömbeki

12- Tilos - İlyaki, İlleki, Papazlık, Piskopi, İlkil

  • Aralıq dənizində yerləşən, lakin Dodekanes adalar qrupuna bağlı Meis adası

13- Kastellórizo / Megisti - Meis, Kızılhisar

  • Ətrafdakı adalar:

Adelfoi Syrnas Adaları - Kızkardaşlar

Anditilos - Askino

Armatia - Ermeniya, Akça

Alimiyyə - Limoniye, Alimniye, Hırmanlu

Astakidonisia - İstakida adaları

Avgo - Yumurta

Chamili - Kamulin, Kamelya

Divounia (Ouanianisia) - İkikardaşlar

Gialesíno - Yavalsa

Glaros - Laros

Gyali - Sakarcılar, Sakarcalar, Yalı

Kalolimnos – Kalolimni, Kalolimnosis, Kaldimnos

Kandelioussa - Çerte, Kandilli

Kinaros - Ardıçcık, Zenari

Lipsi - İlipsi, Eşşəklər

Levitha - Koçbaba, Koçpapaz

Liadi Adaları - Kendiroz

Marmarás - Mərmərə, Mərmər

Mavra - Mavra

Nimos - Miskin

Ofidoussa - Yaban, İlan

Pachia - Pakya

Pergusa - Perqusa

Platy - Plati

Sariya - Doğancık, Sarıye, Saros, Misarya

Sesklio - Seskili

Sofrano Adaları - Zəfəran adaları (Böyük Zəfəran, Kiçik Zəfəran və Soka)

Stroggyli - Birgöz

Syrna - Ardacık, Sirina

Telendos - Telendos

Triansia - Üç Ada

  • Meis ətrafındakı adalar:

Rho - Karaada, Aya Yorqi

Strongyli - Çamada, İpsili

  1. Nijman, Jan. Geography: Realms, Regions, and Concepts. Wiley. 2020. ISBN 978-1119607410.