Türklər

Türk xalqları[3] və ya türkdilli xalqlar[4]Avrasiya ərazisində yaşayan etnolinqvistik qrup.[5] Dünyada türk xalqlarının sayı 196[6] milyondan çoxdur. "Türk" sözünə ilk dəfə VII əsrin "Orxon-Yenisey" abidələrində rast gəlinir.

Türk
Ümumi sayı
170[1] — 196[2] milyon
Yaşadığı ərazilər
Türkiyə Türkiyə 65—73 milyon
Azərbaycan Azərbaycan 9—10,5 milyon
Çin ÇXR 28 milyon
Rusiya Rusiya 32 milyon
İran İran 46 milyon
İraq İraq 8 milyon
Suriya Suriya 7 milyon
Qazaxıstan Qazaxıstan 22 milyon
Türkmənistan Türkmənistan 14,5 milyon
Qırğızıstan Qırğızıstan 6 milyon
Özbəkistan Özbəkistan 36 milyon
Şimali Kipr Türk Respublikası ŞKTR 0,5 milyon
Əfqanıstan Əfqanıstan 14 milyon
Almaniya Almaniya 9 milyon
 Tacikistan 1,5 milyon
 ABŞ 8 milyon
 Monqolustan 1,5 milyon
 Avstraliya 1,2 milyon
 Fransa 4 milyon
 Moldova 1 milyon
 Kanada 1,4 milyon
 Böyük Britaniya 3,2 milyon
Dili

Türk dili

Dini

Tenqriçilik, Xristianlıq, İslam, İudaizm

XXI əsrin əvvəllərində türk xalqlarının yaşadıqları ərazilər
Qazaxlar
Yakutlar
Türkmənlər

Türk xalqlarının dinləri fərqlidir. Böyük bir hissə İslam dininə etiqad edərkən, çuvaşlarqaqauzlarXristian, yakutlar, dolqanlarxakaslarŞamanizm, karaimlərqrımçaklarİudaizm dininə inanır. Türk xalqlarının hazırda 6 müstəqil dövləti vardır. (Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkiyə, Türkmənistan). Türk dünyası ölkələrinin hamısı, demək olar ki, çoxmillətlidir. Türklər Asiya qitəsində Əfqanıstanda (əfşarlar, qızılbaşlar və s.), İraqda (türkmənlər), Suriyada (əsasən Türkiyə ilə sərhəddə), Gürcüstan və İranda (azərbaycanlılar) yaşayırlar. Avropa qitəsində isə türklər Bolqarıstanda (bolqar türkləri), Ruminiyada (qaqauz-qıpçaq), Yunanıstanda, Ukraynada (Krım tatarları), Litvada (kəraimlər) və Rusiyada yaşayırlar.

Müstəqil türk dövlətlərindən başqa, Rusiya Federasiyasının tərkibində Tatarıstan, Başqırdıstan, Çuvaşıstan, Saxa (Yakutiya), Tıva, Xakasiya, Altay Respublikaları və Taymır (Dolqan-Nen) milli mahalı, Çin Xalq Respublikasının tərkibində Sintzyan-Uyğur Muxtar Rayonu, Moldovanın tərkibində Qaqauziya Muxtar Respublikası vardır.

Türk sözünün etimologiyası fərqli dönəmlərdə fərqli alimlər tərəfindən maraq mövzusu olmuşdur. Bəzi əfsanəyə əsasən Türk və Monqol adlı iki qardaşın nəslindən gəlir türklər. Qədim şərq mənbələrinə əsasən isə, Nuhun oğlunun adı Yafəs, Yafəsin oğlunun adı isə Türk idi.

"Sui-Şu" adlı bir Çin tarix əsəri bu mövzuda belə deyir: tu-kiuelər (yəni türklər) ətəyində qərargahları olan bir dağın ismi ilə adlandırılmışlardır. Bu dağ dəbilqə formasında olduğu üçün, öz dillərdə tu-kiue sözünün dəbilqə mənasını verdiyi üçün, özlərini belə adlandırmışlardır. Bu məlumat üzərinə araşdırma aparan J. Klaprot Journal Asiatique adlı məqaləsində azərbaycanca "başlıq" anlamına gələn "takye" sözünün "tu-kiue" sözünə yaxın olduğunu bildirərək, bu sözün türk dilindən ərəb dilinə keçmə ehtimalı olduğunu bildirmişdir. Çox keçmədən J. J. Hess Der İslam adlı əsərində bu mövzuya toxunaraq, əcəm dilində "dəbilqə" anlamına gələn "terk" sözünün "türk" olma ehtimalından bəhs etdi. Onun açıqlamasına əsasən, qaraqalpaqların da, adı, silah emal edən deməkdir. 1849-cu ildə V. Şutt əcəm dilindəki "terg" sözünün "dəbilqə" anlamına gəldiyini demişdir.

Macar alimi Bemat Munkascinin düşüncəsinə görə, türk sözünün ilkin forması çin dilindədir. Onun dediyinə əsasən, çinlilər öz dillərinə keçən sözləri tam istədikləri kimi tələffüz edə bilmirdilər. [r] səsinin yerinə [l] səsini tələffüz edirdilər. Yəni onların [tuluke] deyə tələffüz etdiyi söz, əslində türkləri işarət etməkdədir.

Vambery Armin'in açıqlamasına əsasən isə, türk sözünün əslində mənası "adam" deməkdir. Bir çox xalqın adının mənası "adam" deməkdir. Məsələn: Çermis, Zürüyən, Lap, Tunquz və s. xalqların adının anlamı "insan, adam" deməkdir.[7]

Franz V. Erdmannın açıqlamasına görə isə, "türk" adı fərqli dövrlərdə fərqli cür səslənib. türlər, taurier, tyriten, toreten və s. bunlara misal ola bilər. Ona görə türk sözünün "thark" sözündən gəlməkdə idi.

S. W. Kuelle'nin açıqlamasına görə, tatar sözünün ilkin forması "tartar"dır. Mənası bir şeyi ölçmək, tartmaqdır. Türk sözünün kökünün isə "törəmək" sözündən gəldiyini və "çoxalmaq, yayılmaq" anlamında olduğunu söylədi.

Macarıstanlı alim Fiok Karoliyə görə isə, "türk" adının ilkin forması "turku"dur. Mənası, İskit dilində "Xəzər Dənizinin sahilində oturan adam"dır.

A. Von Li Coq, Vilehm Tomsen Aramağı'nın açıqlamasına əsasən isə, adın mənası "güc, qüvvət, ululuq"dur.[8]

Nemethin yeni açıqlamalasına görə isə, oğuzların baş qəbiləsinin adı Qayığ'dır. Anlamı isə güclü, qüvvətli deməkdir. Həmçinin şorların baş qəbiləsinin adı Karan'dır. Anlamı isə yenə güclü, qüvvətli deməkdir. Eyniylə türk sözünün anlamı da, güclü, qüvvətli deməkdir.[9]

Yeraltı sərvətlər

[redaktə | mənbəni redaktə et]

Geoloji baxımdan türk xalqları Alp qırışıqlığı zonasında (Türkiyə, Azərbaycan, Cənubi Azərbaycan, Türkmənistanın bir hissəsi, Şimali Qafqaz, türk qurumları), Mərkəzi Asiya və Cənubi Sibirin fəal seysmik zonasında (Özbəkistan, Qırğızıstan, Qazaxıstanın bir hissəsi, Xakasiya, Altay, Tıva), Şərqi Asiya mezozoy qırışıqlığı zonasında (Saxa-Yakutiya), Şərqi Avropa (Tatarıstan, Başqırdıstan, Çuvaşıstan), Turan (Özbəkistan, Qazaxıstan, Türkmənistan), Sibir və Çin platformalarında yerləşir.

Neft-qaz yataqlarına görə Azərbaycan, Özbəkistan (Fərqanə-qaz, Qazlı və Mübarəkqaz), Qazaxıstan (Tengiz və Turqay-neft), Türkmənistan, Tatarıstan (Elxon) və Başqırdıstan seçilir. Türk dünyasının əsas daş kömür yataqları Türkiyədə (Zonquldak-Ereğli), Özbəkistanda (boz kömür-Anqren və Sarqun), Qazaxıstanda (Qaraqanda, Ekibastuz), Tıvada (Ulufim), Sincan-Uyğurda (Bay kömür) və Saxadadır (Lena). Dəmir filizi Türkiyədə, Qazaxıstanda (Kustunay), Saxada, Altayda, Azərbaycanda (Daşkəsən) və Xakasiyadadır.

Mis filizi Qazaxıstanda (Balxaş, Cezqazan), sink Qazaxıstan (Ust Kamenqorsk), Özbəkistanda, Azərbaycanda, xrom yataqları isə Türkiyədədir. Polimetal filizləri Qazaxıstanda, Azərbaycanda, Özbəkistanda, Türkiyədə, Altayda, qızıl yataqları Özbəkistanda (Muruntau), Qazaxıstanda, Azərbaycanda, Altayda və Saxadadır. Almaz Saxada çıxarılır.

Türk mədəniyyəti

[redaktə | mənbəni redaktə et]

Dil ümumiliyi, el sənətləri, tarixi–coğrafi məkan, şifahi xalq ədəbiyyatı ("Kitabi Dədə Qorqud", "Koroğlu dastanı", "Alpamış", "Manas"), adət-ənənələr, oxşar toponimlər türk xalqlarını birləşdirən ümumi oxşar xüsusiyyətlərdir. Türklərin ana vətəni Mərkəzi Asiya hesab olunur. Tarixən türklər miqrasiya edən xalqlar olmuşlar. VII əsrdən başlayaraq üç istiqamətdə — Şimali-Şərqi Asiya,Ural dağları və Qərb tərəfə köç etmişlər.

Əhalinin sürətli artımı, heyvandarlıq üçün əlverişli yerlərin axtarılması, varisliklə bağlı hakimiyyətdə olmayanların boş ərazilərdə yeni dövlətlər qurması (Şato, Tavqas və s.), iqlim dəyişiklikləri (Böyük hun köçü), daha güclü dövlətlərin təzyiqi altında köçüb getmə (Çin dövlətinin güclənməsi ilə "Tyuku" (türk) dövlətinin iki yerə parçalanması və köç etməsi), yeni ölkələrin zəbt edilməsi türk xalqlarının geniş ərazilərdə yayılmasına səbəb olmuşdur. XX əsrdə də məcburi miqrasiyalar (krım tatarları, axıska türkləri, azərbaycanlılar) olmuş və son vaxtlar yüksək həyat səviyyəsi axtarmaq məqsədilə Avropaya və Şimali Amerikaya miqrasiyalar da mövcuddur.

border=none Əsas məqalə: Türk dilləri

Türk xalqları türk dillərində danışırlar. Çağdaş türk dillərinin isveçli türkoloq Lars Johansonun təqdim etdiyi sxemə əsasən təsnifatı:[10][11][12][13]

Türklərdə din anlayışı

[redaktə | mənbəni redaktə et]

Türk xalqlarının inanclarında tanrı əsas yer tutur. VII əsrdən etibarən Türk xalqları İslam dinini qəbul etməyə başladılar. Hal-hazırda onlar arasında İslama etiqad edənlər təxminən 80%-ə yaxındır. Müasir dövrdə müsəlman olmayan türk xalqları şamanist və ya ortodoks xristian olan saxalar, ortodoks xristian çuvaşqaqauzlar, İudaizmə inanan kəraimqırımçaqlardır.

Tarixin müxtəlif mərhələlərində bəzi türk dövlətləri Avrasiyada geniş ərazilər tutmuş, Afrikanın şimal hissəsini fəth etmişlər. Türk xalqlarının bəziləri müstəqil dövlət qurmuş, bəziləri müəyyən dövlət daxilində muxtar qürumlar yaratmış, bəziləri isə heç bir özünüidarə hüququna malik deyil və müxtəlif dövlətlərin ərazilərində, Asiyada Əfqanıstan, İran, İraq, Suriya, Avropada Bolqarıstan, Rumıniya, Yunanıstan, Ukrayna, Moldova, Gürcüstan, Rusiya və sairə ölkələrdə yaşayırlar. Belə türk xalqlarına qumıqlar, krım tatarları, qaraçaylar, şahsevənlər, türkmənlər, sibir tatarları, bolqar türkləri, əfşarlar və sairə aiddir. Bu xalqların çoxu gəlmə xalqlar içərisində assimilyasiya olunmaqdadırlar. Bunlardan başqa aşağıdakı xalqları da əlavə edərsək vəziyyətin nə cür olduğu açıq şəkildə görünür.

Rusiya Federasiyasında, Sibirdə yaşayan və ruslaşmış türklər:

  • Ob (qədim adı Ümer) tatarları (tağabitlər, kalmaklar, şağarlar, oroslar, çaldonlar, kulundinlər, kumuçlar, tuğullar, itiberlər və s)
  • Tur tatarları (kurlaklar, qumruqlar və s.)
  • Verxoyon tatarları (çuvanlar, anadurlar və s.)

Rusiyanın Şərqi Avropa düzənliyində ruslaşmış türk xalqları (sayanlar, çukanlar, kara muşlar, və s.) Başqa ruslaşdırılmış türk xalqlarının siyahısı. Yonqalar Talaqay Yaqun Mamon Qaqar Puşkar Burlat Samarlar Samaklar Kurak Şuval Kaçkar Kuluqur Kerjaklar Saray Qamay Çukan Tağabit Şakun Kalmak Çaldon Oros Şağar Kamas Kulundin Kanqalas İtiber Temen Yonqa Puşkar Burlat Samar Kuluqur Samak Kurak Kaçkar Şuval Taldon Temerçin İndigirşik Çukurdak Kerjak Dolğanday Kolımçan Kaçap Tıver Tumak

Və ba

Türklərin ümumi sayı müstəqil türk dövlətlərində 170 milyondan çoxdur. 50 milyon nəfərə yaxını isə RusiyaÇin ərazisində yaşayır.80 milyondan çox türk isə dünyanın müxtəlif ölkələrində məskunlaşmışdır. Türk dünyasında təbii artımın orta göstəricisi 2%-ə yaxındır.

Müstəqil dövlət qurumuna malik olanlar

[redaktə | mənbəni redaktə et]
Bayraq Ölkə Quruluş Əhali Ərazi Paytaxt Rəsmi dil Pul vahidi Türklərin faiz göstəricisi Yaşayan türklər(mln)
Azərbaycan Azərbaycan Azərbaycan 1918 10.100.000 86.600 Bakı Azərbaycan dili Azərbaycan manatı 92.3% 9.3
Qazaxıstan Qazaxıstan Qazaxıstan 1991 18.014.200 2.274.900 Astana Qazax dili Qazaxıstan tengəsi 73.8% 13.1
Qırğızıstan Qırğızıstan Qırğızıstan 1991 6.586.600 199.900 Bişkek Qırğız dili Qırğızıstan somu 80.6% 4.4
Şimali Kipr Türk Respublikası ŞKTR Şimali Kipr türk respublikası 1983 286.257 3.355 Lefkoşa Türk dili Türk lirəsi 99% 0.3
Özbəkistan Özbəkistan Özbəkistan 1991 33.570.609 447.400 Daşkənd Özbək dili Özbəkistan sumu 87% 25.7
Türkiyə Türkiyə Türkiyə 1923 83,154,997 783.562 Ankara Türk dili Türk lirəsi 89.5% 67.5
Türkmənistan Türkmənistan Türkmənistan 1991 5.450.000 491.210 Aşqabad Türkmən dili Türkmənistan manatı 90% 4.9

Dövlət qurumuna malik olmayanlar

[redaktə | mənbəni redaktə et]

Əhali sıxlığı

[redaktə | mənbəni redaktə et]

Əhalisinin orta sıxlığına görə dövlət və qurumlar bir-birindən fərqlənir.AzərbaycanTürkiyədə orta sıxlıq hər km2-da 85–105 nəfər, Şimali KiprÖzbəkistanda 55–60 nəfər, Çuvaş, Kabarda-BalkariyaTatarıstan respublikalarında 60–70 nəfərdir. Digər dövlət və qurumlarda isə əhalinin sıxlığı hər km2-da 30 nəfərdən azdır.

Cins və yaş tərkibi

[redaktə | mənbəni redaktə et]

Əhalinin cins tərkibindəki oxşarlıq azərbaycanlılar, tatarlarçuvaşlar istisna olmaqla bütün türk xalqlarında eynidir(kişilər çoxdur). Türk dünyası əhalisi arasında 16–65 yaş həddində olanlar üstünlük təşkil edir. 65 yaşdan yuxarı olanlar yalnız 10–15% təşkil edir.

Türk dövlətləri içində urbanizasiyanın səviyyəsinə görə Türkiyə birincidir.

Urbanizasiya səviyyəsinə görə Azərbaycan, Qazaxıstan, Türkiyə seçilir. Muxtar qurumlardam isə demək olar ki, hamısında (Altay və Tıva istisna olmaqla) şəhər əhalisi çoxluq təşkil edir. Türkiyə, Azərbaycan, Qazaxıstan, TatarıstanBaşqırdıstan kimi respublikalarda milli gəlirin yarıdan çoxunu çoxsahəli inkişaf etmiş sənaye verir. Bir çox respublikalarda — Özbəkistan, Türkmənistan, Qırğızıstan, Saxa, Altay kimi respublikalarda sənaye ilə yanaşı, kənd təsərrüfatı da iqtisadiyyatın əsasını təşkil edir. Bütövlükdə türk dünyası ölkələrində sənayenin ən başlıca sahələri olan energetika, maşınqayırma, metallurgiya, kimya sənayesi xeyli inkişaf edib.

Neft-qaz hasilatına görə Azərbaycan, Tatarıstan, Başqırdıstan, Qazaxıstan, Türkmənistan, Özbəkistan; daş kömür çıxarılmasında isə Türkiyə, Qazaxıstan, Altay, Saxa dünyada məşhurdur. Bu ölkələrdə enerjiyə tələbat demək olar ki, tam ödənilir. Ümumiyyətlə, türk dövlətləri içərisində enerji qıtlığı çəkən ölkə yoxdur. Metallurgiya sənayesində Türkiyə, Qazaxıstan, Qırğızıstan, AzərbaycanÖzbəkistan fərqlənir. Türk dünyasında maşınqayırma sahəsi birinci növbədə kənd təsərrüfatı, neft və qaz, dağ-mədən və yüngül sənaye sahələrinin ehtiyacını ödəməyə yönəldilmişdir. Türkiyə, QazaxıstanÖzbəkistanda kənd təsərrüfatı maşınları — traktorlar, kombaynlar və becərmə alətləri istehsalı daha çox inkişaf etmişdir. Türkiyə, Tatarıstan, QırğızıstanQazaxıstanda avtomobillər, ÖzbəkistandaTatarıstanda təyyarə istehsal olunur. Dəzgahqayırma və cihazqayırma, o cümlədən energetika maşınqayırması Türkiyə, AzərbaycanQazaxıstanda inkişaf etdirilir.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. "Arxivlənmiş surət". 2021-02-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-26.
  2. "Affinity Bloc — Turkic Peoples :: Joshua Project". 2022-02-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-08-19.
  3. Qurbanov, Ramin. Türk xalqlarının tarixi II hissə (PDF). Bakı: İqtisad Universiteti. 2011. 2022-03-03 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2018-02-26.
  4. Хатун // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. X ҹилд: ФростШүштәр. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1987. С. 61.
  5. B. Golden, Peter. An Introduction to the History of the Turkic Peoples: Ethnogenesis and State-formation in Medieval and Early Modern Eurasia and the Middle East. Wiesbaden: Otto Harrassowitz. 1992.
  6. "Affinity Bloc — Turkic Peoples :: Joshua Project". 2022-02-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-08-19.
  7. Türk-tatar Xalqının İbtidai Mədəniyyəti, Vambrey Armin, səh.51
  8. Ein manichaisches Buch Fragment aus Chotsho, səh 151
  9. Yurdquran Macarların Təşəkkülü, səh.49
  10. Johanson, Lars & Csató, Éva Ágnes, (eds.) (1998). The Turkic Languages. London: Routledge
  11. Lars Johanson, "The classification of the Turkic languages" Arxivləşdirilib 2022-03-21 at the Wayback Machine, in Martine Robbeets and Alexander Savelyev (eds.), The Oxford Guide to the Transeurasian Languages, 2020, Oxford University Press, pp. 105–114
  12. "turcologica". 2011-04-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-10.
  13. "Britannica:Turkic languages". 2015-09-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-10.
  14. "Rusiya Federativ Respublikası Statistika Komitəsi : 2002 – ci il siyahıya alması". 2006-03-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2006-03-03.
  15. "Ethnologue: Languages of the World : Tuva". 2010-10-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-12-05.
  16. Russian Census 2010: Population by ethnicity Arxivləşdirilib 2013-12-04 at the Wayback Machine  (rus.)
  17. [ Оценки численности иранских азербайджанцев, приводимые в тех или иных источниках, могут различаться на порядок — от 15 до 30 млн. См., например: [1], Looklex Encyclopaedia, Iranian.com, «Ethnologue» Report for Azerbaijani Language, UNPO information on Southern Azerbaijan, Jamestown Foundation]