Dolaşalar qayıdıb (rus. Грачи прилетели) - Rus rəssamı Aleksey Savrasovun lirik mənəzrə üslubunda 1871-ci ildə çəkdiyi rəsm əsəri. Bu şəklin etüdləri Kostroma quberniyasının Molitvino kəndində çəkilmişdir. Şəkildə zəmanəmizə qədər qalmaqda olan Voskresenskaya kilsəsi təsvir olunub. İşin tamamlanması rəssamın Moskvadakı emalatxanasında aparılıb. 1871-ci ilin axırlarında Dolaşalar qayıdıb əsəri ilk dəfə kütlə qarşısında Səyyar Rəsm Sərgiləri Birliyinin ilk sərgisində nümayiş etdirilib.
Dolaşalar qayıdıb | |
---|---|
Rəssam | Aleksey Savrasov |
Tarixi | 1871-ci il |
Üslubu | Lirik mənzərə |
Texnikası | Kətan, yağlı boya. 62x48,5 sm |
Saxlanıldığı yer | Dövlət Tretyakov qalereyası, Moskva |