Doma (memarlıq)

Doma.

Doma (土間?) – ənənəvi yapon evinin girişində yerləşən və torpaq döşəmədən ibarət olan yer. Çöllə evin içərisi arasında keçid rolunu oynayır. Domanı "içərini çöl kimi edən yer" adlandırırlar.[1]

Rolu[redaktə | mənbəni redaktə et]

Keçmişdə doma kamado adlı qızdırıcıları saxlamaq üçün nəzərdə tutulmuşdu. Lakin su çəkmək və yemək bişirmək kimi işlər evin çölündə görülməli olduğu üçün mətbəx rolunu da oynamışdır. Doma topraq döşəməyə malik olduğu üçün burada yemək bişirmək və ya qızdırıcı saxlamaq yanğın təhlükəsini minimuma endirirdi.[1]

Doma fermerlər, balıqçılar və dülgərlər tərəfindən emalatxana kimi istifadə olunurdu. Bu cür işləri evin içərisində görmək evi çirkləndirə bilərdi, amma çöldə də görmək çətin idi, çünki yağış yağa və ya işıq az ola bilərdi. Buna görə də doma bu cür işlər üçün çox uyğun yer idi. Bundan əlavə, doma çirklənəndə onu təmizləmək daha asan idi.[1]

Müasir dövr[redaktə | mənbəni redaktə et]

Müasir dövrdə Yaponiyadakı evlərin çoxu Qərb üslubundadır, ona görə də domaya çox nadir hallarda təsadüf olunur. Ancaq köhnə evlərdə və dükanlarda doma görmək olar. Son dövrlərdə bəzi müasir evlərdə velosiped saxlamaq üçün doma konsepsiyasından istifadə olunur.[1]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 3 4 "Doma (Dirt Floor) - Japanese Encyclopedia". Matcha (ingiliscə). 30 iyun 2019. 20 fevral 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 fevral 2023.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]