Domino effekti

Domino effekti

Domino effekti — hər hansı davranışda dəyişiklik etdikdə bu proses zəncirvari bir reaksiyanı aktivləşdirir və digər davranışlarda da dəyişikliyə səbəb olur.[1]

"Domino effekti" nəzəriyyəsi ilk dəfə Con Foster Dalles tərəfindən irəli sürülüb. Bu termin ABŞ siyasətçiləri tərəfindən 1950–1980-ci illərdə, yəni Soyuq Müharibə dövründə Amerikanın digər dövlətlərə müdaxiləsinə haqq qazandırmaq üçün istifadə edilirdi. Xüsusilə, kommunist ölkələrə qarşı istiqamətlənən bu nəzəriyyənin siyasi mahiyyəti həmin dövr üçün belə idi: "Bir bölgədə kommunizmin yayılması, ona qonşu olan dövlətlərdə də eyni ideologiyanın yayılmasına səbəb ola bilər."

  1. "domino effect". The Free Dictionary. Farlex, Inc. 15 November 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 September 2014.