Qartopu effekti

Qartopu effektihəndəsi silsilə və eləcə də qüvvət funksiyası üsulları ilə getdikcə daha böyük sayda artıq mövcud olan yeni faktlar hesab olunan hadisələri toplayan əxlaqi və ya qeyri-əxlaqi döngü. Bu effekt öz adını qarla örtülmüş yamac boyunca aşağı yumalanan bir qartopu misalından götürmüşdür: təsəvvür edirik ki, qartopu getdikcə daha da böyüyür və daha da sürətlənir.

Kütlə psixologiyasında rolu

[redaktə | mənbəni redaktə et]

Qartopu effekti sürü davranışının vacib hərəkətverici qüvvələrindən biridir. Məsələn, əgər bir insan qəfildən küçədə tam çılpaq vəziyyətdə "Terror!" deyə qışqıraraq qaçmağa başlasa, güman ki, 1 və ya 2 insan da qaçmağa başlasın. Vəziyyət belə olduqda daha böyük ehtimal var ki, daha çox insan qaçmağa başlasın. Bunu görən küçədəki digər insanların həmin hərəkəti etməsi ehtimalı əvvəlki qaçan insanların bunu etməsindən daha yüksək olur. Özünü-saxlama fenomeni və onun amplitudu da bu halda daha sürətli olmağa meyil göstərir.

26 may 2009-cu ildə youtube`a yerləşdirilən bir video bu effektin gücünü göstərdi. Sasquatch musiqi festivalı vaxtı gəzintidə bir kişi təkbaşına rəqs edir. Sonra başqa birisi rəqs etməyə başlayır. Bir müddət sonra başqası onlara qoşulur. Qrup üzvlərinin sayı 10-a çatana kimi tamaşaçılar 2–2, 3–3 rəqs edən insanlara qoşulmağa başlayırlar və beləliklə, 100-dən çox insandan ibarət rəqs qrupu formalaşana qədər rəqsə qoşulan insanların sayı daha sürətlə artır. Aydındır ki, qrupun hər dəfə genişlənməsi sonrakı daha sürətli genişlənməni yaradan əsas səbəbdir. Video tez bir zamanda kifayət qədər məşhur oldu və 5 ay ərzində 2 milyon dəfə baxıldı.