Don atı — XVIII-XIX əsrlərdə Don kazakları tərəfindən yaradılmış minik-qoşqu atı.
Don atı | |
---|---|
Донская лошадь | |
| |
Cinsin istiqaməti | qoşqu-minik, |
Ölçüləri | Hündürlüyü: 160 sm |
Rəngi | Əsasən kürən |
Yetişdirildiyi yer | Rusiya, Qafqaz |
Arealı | Rusiya |
Vikianbarda əlaqəli mediafayllar |
Don atının əsasını keçmiş cənub köçəri tayfaların (Noqay, Kalmık və s.) atları təşkil edir. XVIII əsrdən başlayaraq bu yerli kiçik boylu (143 sm.) lakin, çox möhkəm və davamlı atlar, şərq at cinsləri – Qarabağ, İran, Ərəb və Türkmən atları ilə yaxşılaşdırılmış, ilxı şəraitində bəslınmə və uzaq yürüşlərdə istifadə edilmə nəticəsində yüksək keyfiyyətli şcins kimi inkişaf etmişdir.
Don atında yayılan qızılı – kürən rəng Qarabağ atının təsiri nəticəsidir. Donun geniş otlaqları, süvari atına olan böyük tələbat və Don atının davamlılığı cinsin təkmilləşdirilməsində böyük rol oynamışdır.
Don atı iri boylu kütləli, bir qədər uzunsov bədən quruluşlu, enli, dərin gövdəli, quru və möhkəm ayaqlıdır. Əsas ölçüləri 156,5 – 159,9 – 186,7 - 190,7 sm-dir.
Don atı universal məhsuldar atdır yaxĢı minik atı olmaqla, yüngül qoşquda da əlverişlidir. Cıdırlarda üç yaşlıların rekord sürəti 1600 metrə 1 dəq. 49 san . (Bayron), 2400 metrə isə 2 dəq. 47,4 saniyədir. Don atı uzaq məsafəli yürüşlərdə çox davamlı və işlək atdır.