Donald Dak və ya Ördək Donald (ing. Donald Duck) — 9 iyun 1934-cü ildə "Walt Disney Animation Studios" kompaniyası tərəfindən yaradılan cizgi filmi personajıdır. Tam adı Donald Fauntleroy Dak (ing. Donald Fauntleroy Duck) kimi səslənir. 1934-1985-ci illər ərzində Klorens "Daki" Neş ölümünə qədər Donald Dakı səsləndirmişdir. 1985-ci ildən başlayaraq bir müddət personajı Toni Anselmo səsləndirmişdir. Donald Dak personajı Skandinaviya ölkələrində daha çox populyarlıq qazanmışdır. 2004-cü ilin avqust ayında Şöhrət xiyabanında ulduzu qazanmışdır.
Donald Dak | |
---|---|
ing. Donald Duck | |
| |
Ümumi məlumat | |
Yaradıcı(lar) | Dik Landi |
İlk görünüş | "Balaca ağıllı toyuq" |
Səsləndirən | Klarens Neş (1934-1985) və Toni Anselmo |
Xüsusiyyətləti | |
Ailə | Ördəklər |
Cinsi | kişi |
Saç rəngi | ağ |
Göz rəngi | qara |
Dəri rəngi | ağ |
Dostları | bütün dünya əhalisi və bütün Disney personajları |
Ləqəb(lər) | Donald dayı |
Görünüş | Ördək |
Vətəndaşlıq | ABŞ |
Məşğuliyyəti | Dənizçi |
Dünya | Yaxşı |
Vikianbarda əlaqəli mediafayllar |
Donald Dak məşhurluğunu daha çox İkinci dünya müharibəsi dövründə qazanmışdır. Döyüşə gedən əsgərlərdə daha çox sevinc hissi yaratmaq üçün 1943-cü ildə "Fürerin üzü" adlı qısametrajlı cizgi filmi nümayiş etdirilir. Bu qısametrajlı cizgi filmi Oskar mükafatına layiq görülür.[1]
Donald Dak bir çox seriyalarda Mikki Mausdan daha üstün olmasını sübut etmək istəyərkən həmişə məğlub olur. İlk seriyalarda Donald Dak Mikki Mausla dostluq edirdi. Lakin sonralar onlar arasında münasibətlər dəyişir. 1988-ci ildə çəkilən cizgi filmində Mikki Maus qaçırılır. Əsas günahkarlardan arasında Donald Dakın adı çəkilir. Amma dəlillər az olduğundan günah Donald Dakın üzərindən götürülür.
"Donald Dak" personajı bütün ölkələrdə, əsasən, Skandinaviya ölkələrində məşhur personajlardan biri olmuşdur. Şəhər əfsanələrinə görə 1975-ci ildə Finlandiya hökuməti aldığı qərar istiqamətində "Donald Dak" personajı və ona bənzər bütün oyuncaqları yayınlanmamasına qərar vermişdir. Bu qərarı vermə səbəbləri isə Donald Dakın ayaqqabı və alt paltar geyməməsi, həmçinin, ailə həyatı qurmayan qızla münasibət qurmasıdır. Finlandiyanın niyə belə bir qərar aldığını isə xalq və film prodüserləri qarışıqlıqlarla qarşılamışdır.[2] Əslində isə bu şəhər əfsanəsidir. İlk dəfə bu əfsanə 1975-ci ildə Finlandiyanın şimal şəhərlərindən biri olan Kemi şəhərinin «Donald kitabxanadan yoxa çıxır» («Donald Vanishes from Libraries»), «Finlandiya Donaldı qadağan edir» («Finland Bans Donald») kimi qəzetlərində gülməli mövzu üçün yazılmışdır. Kemi şəhəri 1975-ci ildə artıq komikslər satışını dayandırmış, onun yerinə müxtəlif qəzet və məktəblilər üçün kitablar dərc etmişdir. Bu əfsanə Finlandiyanın paytaxtı Helsinki, digər şəhərlərindən Raaxda yayılmış və bir çox qarışıqlar yaşanmışdır. Dünya ölkələrinin qəzetlərində «Donald Dak evli deyil; politikaçılar heyrət içindədilər!» («Donald Not Married; Politicians Outraged!»), «Donald, sənin ayaqqabların haradadır?» («Donald, Where Are Your Trousers?») kimi başlıqlarla dərc edilmiş, xəbərlərdə yayılmışdır. Sonda Donald Dak Finlandiyada qadağan olunması haqqında məlumatlar şəhər əfsanəsinə çevrilir. Hal-hazırda Finlandiya dünyada ən çox qəzet oxuyan xalq və ən çox komikslər istehsal edən ölkədir. Hər il əfsanənin yarandığı Kemi şəhərində komikslər yarmarkası keçirilir.[3]
Donald Dak Disney personajlarından yeganə personajıdır ki, Universitet simvoludur. Açerikan Universiteti olan Oreqon Volt Dsney ilə müqavilə bağlamışdır. Bu Universitetin idman komandası Donald Dak personajını komandasınnı rəsmi simovu kimi qəbul edirlər. Həmçinin, bu personajın şəkillərindən müxtəlif məmulatların üzərində dərc edilir. Volt Disney şirkəti İsveçdə yaşayan Karl Kristenseni məhkəməyə verərək, onun yaratdığı personajın Donald Daka bənzədiyini bildirir. Karl isə bir müddət keçdikdən sonra yaratdığı personajı əməliyyat etdirir və personaj Donald Daka bənzərliyini itirir.