Donanma

Məğlubedilməz armada. İspaniya krallığının dəniz qüvvələrinin gəmiləri.

Hərbi dəniz qüvvələri, həmçinin donanma və ya flothərbi əməliyyatların okeandəniz teatrlarında strateji və əməliyyat vəzifələrini həll etmək üçün nəzərdə tutulmuş silahlı qüvvələr növü.[1][2][3][4] Hərbi dəniz qüvvələri həm müstəqil əməliyyatlar keçirməklə, həm də silahlı qüvvələrin digər qolları ilə birgə səylərlə öz problemlərini həll edir.

Azərbaycan donanma tarixi çox qədim çağlara gedib çıxır. Buna sübut olaraq Qobustandakı qayaüstü rəsmləri göstərmək olar[5]. Orta Çağlarda Azərbaycanda feodal xanlıqlarının yaranması, eləcə də IX–X əsrlərdə vikinqlərinrusların dəniz tərəfdən hücumları ilə gəmi tikintisi yeni inkişaf qazanır. Özəlliklə Şirvanşahlar dövlətinin güclənməsi ilə Bakının önəmi bir liman şəhəri kimi artır. 1175-ci ildə I Axsitan Bakı yaxınlığında 73 rəqib gəmisini qıraraq rus donanmasını məğlub edir. Bu fakt XII əsrdə Şirvan donanmasının yüksək keyfiyyətindən xəbər verir. 1172-ci ildəki Şamaxı zəlzələsindən sonra paytaxtın köçürülməsi Bakının önəmin daha da artırır. Saray şairi Xaqani Şirvaninin yazdığına görə, Bakı böyük limana və Xəzərdə uluslararası ticarətin mərkəzinə çevrilir. Şirvanşah III Fəribürzun vaxtında Bakı adaların birində hərbi baza kimi istifadə edilən Səbayıl qalası tikilir.[6]

Orta Çağ səyyahlarının qeydlərindən Şirvan gəmilərinin görünüşü haqqda əldə etmək olur: "görkəmcə qaleraya oxşayırlar, amma ölçüləri tartanınkı kimidir". Beləliklə, Şirvan gəmisi uzunburun, hündürdallı, əyik dirəkləri və qıyqacı yelkənləri olan iki dorlu, qaleraya oxşayan və tartana ölçülü, 30 tonnadək yükü qaldıra biləcək gəmi olmalı idi.[7]

  1. Коллектив авторов. статья «Военно-Морской Флот» // Военная энциклопедия. 2 (10000 nüs.). М.: Воениздат. Под ред. П.В. Грачёв. 1994. 169–176. ISBN 5-203-00299-1.
  2. Коллектив авторов. статья «Военно-Морской Флот» // Советская военная энциклопедия. 2 (105000 nüs.). М.: Воениздат. Под ред. Огарков Н. В. 1978. 235–242.
  3. Коллектив авторов. статья «Военно-Морской Флот» // Военный энциклопедический словарь. 1 (5000 nüs.). М.: Большая Российская Энциклопедия. Под ред. Горкина А. П. 2001. 315–317. ISBN 5-85270-219-6.
  4. Коллектив авторов. статья «Военно-Морской Флот» // «Военно-морской словарь» (100000 nüs.). М.: Воениздат. Чернавин В. Н. 1989. 82. ISBN 5-203-00174-X.
  5. Thor Heyerdahl — Scandinavian Ancestry. Tracing Roots to Azerbaijan. Arxivləşdirilib 2010-02-02 at the Wayback Machine "Azerbaijan International" jurnalı.
  6. Нурулла Алиев, доктор ист. наук, капитан 1 ранга. — Азербайджан и военно-морские события на Каспии в средние века. Arxivləşdirilib 2021-09-17 at the Wayback Machine Журнал İRS, № 1(61), 2013.
  7. Нурулла Алиев, доктор ист. наук, капитан 1 ранга. — Военные суда на Каспии в средние века Arxivləşdirilib 2021-09-17 at the Wayback Machine. Журнал İRS, № 3(63), 2013.

Əlavə ədəbiyyat

[redaktə | mənbəni redaktə et]
  • Штенцель А. «История войн на море». 1 (5000 nüs.). М.: ЭКСМО. 2002. ISBN 5-94661-037-6.