Doodle Jump — Xorvatiyanın Lima Sky videooyun şirkəti tərəfindən Windows Phone, BlackBerry, Android, Java Mobile, Nokia Symbian və Xbox 360[1] kimi platformalar üçün hazırlanan videooyun. İlk dəfə 2009-cu ilin 16 aprelində iOS qurğular üçün buraxılmışdır. Daha sonra oyunun 2 mart 2010-cu ildə Android və BlackBerry üçün, 1 may 2010-cu ildə Symbian üçün, 1 iyun 2011-ci ildə Windows Phone üçün, 1 sentyabr 2011-ci ildə iPad[2][3] üçün olan versiyaları çıxmışdır. Oyun yaxşı rəylər almışdır. Sunflat Games tərəfindən hazırlanan PaiJump oyununda personajlar və oyunun quruluşu bu oyundan ilhamlanaraq yaradılmışdır. Hazırda oyun 9 platformada oynana bilinir.
Doodle Jump | |
---|---|
Hazırlayan | Lima Sky |
Buraxılış tarixi |
iOS: 6 aprel 2006 Android: 2 mart 2010 Symbian: 1 may 2010 Windows Phone 7: 1 iyun 2011 Windows Phone 8: 21 avqust 2013 Xbox 360: 28 iyun 2013 Nintendo 3DS/DS: 29 oktyabr 2013 |
Janrlar | platforma |
Texniki məlumat | |
Platformalar |
Android BlackBerry iOS Symbian Java ME Xbox Kinect Windows Phone Nintendo DS Nintendo 3DS Arcade |
Oyun rejimləri | təkoyunçulu, multiplayer |
Daşıyıcı | rəqəmsal distribusiya, rəqəmsal yükləmə[d] |
İdarəetmə | klaviatura, sensor, siçan |
Rəsmi saytı | |
Vikianbarda əlaqəli mediafayllar |
Doodle Jump App Store-də 4 ay ardıcıl gündə 25.000 dəfə yüklənməsindən sonra məşhurlaşmışdır. iTunes və Google Playdan 10 milyon, ümumilikdə isə 15 milyon dəfə yüklənmişdir.[4] Xorvat İqor və Marko Pusenyak oyunun yaradıcılarıdır.
Doodle Jump oyununda əsas məqsəd Dudler adlı 4 ayaqlı heyvanı idarə edərək sonsuz davam edən platformalar üzərində düşmədən yuxarı qalxmaqdır. Sensorlu qurğularda oyunçu Dudleri ekranı əyərək hərəkət etdirir. Oyunun standart mövzudan başqa Milad, kosmos, cəngəllik, futbol üzrə dünya çempionatı, pasxa, sualtı, qar çovğunu, Hellovin, quldur, nindza kimi mövzuları da vardır. Hər mövzuda arxa olan, Dudlerin silahı və Dudlerin geyimi dəyişir. Oyunçu platformalarla qalxdıqca müxtəlif obyektləri götürərək işini asanlaşdıra bilir. Standart rejimdə belə obyektlərə uçan papaq, raket, jetpak, yay, trampolin və qalxan aiddir. Quldur mövzusunda yolu göstərən xəritə, kosmos mövzusunda kosmik gəmi götürmək olur. Yolda məxluqlar və UNO-lar çıxır və onlardan qurtulmaq üçün Dudlerin onun üstünə tullanması və ya ona atəş açması lazımdır. Əgər Dudler qara dəliyə yaxalansa, platformadan düşsə, məxluqa dəysə və ya UNO tərəfindən qaçırılsa oyun bitir. Ninza və pirat mövzularında Dudlerə yeni geyim almaq mümkündür. iOS-lar üçün xüsusi Milad və Ho kimi ayrıca mövzular vardır.
Standart mövzuda 6 cür platforma vardır:
Digər mövzularda olan platformalar: