Dori işğalı ( yun. Κάθοδος των Δωριέων ) — Tunc dövrünün sonunda dorilərin şimaldan Peloponnesə hipotetik kütləvi köçü. Mikena sivilizasiyasının tənəzzülü, dəniz xalqlarının hərəkəti və "Qaranlıq əsrlər"in başlanğıcı dori işğalı ilə əlaqələndirilir. Alimlər işğalın arxeoloji sübutu kimi Mikena keramikası ənənələrinin deqradasiyasını və həndəsi üslubun yayılmasını adlandırırlar.[1]