Dorilər

Qədim yunan dilinin dialektlərinin arealını göstərən xəritə.

Dorilər (q.yun. Δωριεῖς) — əsas qədim yunan tayfalarından biri.

Yunan mifologiyasına görə, dorilərin əcdadı Dor hesab olunur. E.ə. XIII əsrin sonu – XII əsrin əvvəllərində dorilər, ehtimal ki, Frakiya-İlliriya mənşəli, qərbi yunan dialektlərində danışan digər tayfaların tərkibində Mikena sivilizasiyasının mərkəzləri yerləşən Orta YunanıstanaPeloponnesə soxulmuşlar. Bu hadisə "dorilərin basqını" adlandırılır.[1]

Dorilərin tayfa qrupları Peloponnes, Egey dənizinin cənub adaları, Kiçik Asiyanın şimal-qərb hissəsində məslunlaşmışdılar. E.ə. VIII–VI əsrlərdə baş tutan böyük yunan kolonizasiyası gedişində Adriatik dənizinin şimal sahillərində, Cənubi İtaliya, Siciliya, boğazlar zonası və Qara dənizyanında dorilərin polisləri meydana gəlmişdir. Bu polislər arasında ən məşhur, hərbi cəhətdən uzun müddət yunan dövlətlərinin ən güclüsü Sparta idi. Antik müəlliflər Spartada uzun müddət saxlanılmış sadə həyat tərzini, döyüşçü şəraiti və vətəndaşların intizamını məhz dorilərə xas xüsusiyyət hesab edirdilər. Dori polisləri üçün ilk növbədə istehsalın aqrar sektorunun inkişafı səviyyəsi idi. Eyni zamanda, dori dövlətləri arasında Korinf, Egina, Meqara kimi ticarət-sənərkarlıq mərkəzləri də var iid. Siciliyada əsrlər boyunca Sirakuza aparıcı rol oynamışdır. Qara dənizyanı boğazlar zonasında Bizanti (indiki İstanbul) və Krımda Xorsenes (indiki Sevastopolun yerində) dorilərin koloniyaları idi.[1]

  1. 1 2 Dorilər // Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 7-ci cild: Dərman – Enoftalm (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2016. səh. 243–244. ISBN 978-9952-441-12-3.

Əlavə ədəbiyyat

[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]