Dorote Elmicer

Dorote Elmicer (1985[1][2], Vetsikon[d], Sürix kantonu, İsveçrə[3]) – İsveçrə yazıçısı. Hazırda İsveçrədə yaşayır. Elmicer gələcək vəd edən İsveçrə yazıçılarından biridir. 2010-cu ildə Almandilli Ədəbiyyat Festivalında Kelaq mükafatını qazanmışdır.

Dorote Elmicer
Dorothee Elmiger
Doğum tarixi 1985[1][2]
Doğum yeri
Milliyyəti isveçrəli
Fəaliyyəti yazıçı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Məktəbi bitirdikdən sonra Elmicer Nyu-Hempşirə getmiş, daha sonra Sürix Universitetində fəlsəfə və siyasi elmlər üzrə təhsil almağa başlamışdır. Bil şəhərində İsveçrə Ədəbiyyat İnstitutunda və Leypsiqdə Alman Ədəbiyyat İnstitutunda təhsil almışdır.

2008-ci ildə Hildeshaymda yeni ədəbiyyat üzrə keçirilən festivalda – Prosanovada iştirak etmişdir.

Yazıçının ən məşhur əsəri 2010-cu ildə nəşr olunmuş "Cəsurlara dəvət" (alm. "Einladung an die Waghalsigen"‎) novellasıdır.

  1. 1 2 Dorothee Elmiger // NUKAT. 2002.
  2. 1 2 Dorothee Elmiger // Catalogue of the Unione Romana Biblioteche Scientifiche.
  3. 1 2 Deutsche Nationalbibliothek Record #141869674 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]