Dostəli Hacıyev — "Azərbaycan Bayrağı" ordenli Əfqanıstan və Qarabağ müharibələri iştirakçısı, ehtiyatda olan kapitan.
Dostəli Hacıyev | |
---|---|
Dostəli Əhməd oğlu Hacıyev | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Havarlı, Yevlax rayonu, Azərbaycan SSR, SSRİ |
Təhsili | |
Hərbi fəaliyyəti | |
Rütbəsi | Kapitan |
Təltifləri |
Hacıyev Dostəli Əhməd oğlu 13 dekabr 1966-cı ildə Yevlax rayonunun Havarlı kəndində anadan olub. Sovet ordusunda Əfqanıstanın Baqram şəhərində mühəndis-istehkam taburunun kəşfiyat bölməsində xidmət edib. 1991-ci ildə Bakı Dəmiryol texnikumunu bitirib. Eyni zamanda dəmir yolunda işləyib.
1992-ci ilin fevralında Yevlaxın Qaramanlı kəndində əsasən Əfqanıstan müharibəsi veteranlarından ibarət "Əfqan rotası"nın yaradılmasında iştirak edib. D. Hacıyev rota komandiri Xosrov Əhmədovun müavini və kəşfiyat bölməsinin komandiri olmuşdu. Qaramanlı "Əfqan" rotası döyüş yolunu 1992-ci ilin fevralın sonlarında Ağdamda yerli özünümüdafiə "Qarabağ şahinləri" batalyonu ilə başlamışdı. Qaramanlı "Əfqan" bölməsi "Qarabağ şahinləri" batalyonuna, üstündə iki Nurs qurğusu olan Zil 131 və "Qradla" daxil olmuşdular. Dəstə, 1992-ci ilin iyununa qədər Ağdamdan Əsgəran istiqamətində döyüşlərdə iştirak etmişdi. 1992-ci ilin iyununda Qaramanlı rotasının əsasında yeni yaradılan 123-cü alayın 1-ci batalyonu formalaşdırılmışdı. Batalyonun komandiri Xosrov Əhmədov, 1-ci bölüyün komandiri Dostəli Hacıyev təyin olunmuşdular. Sonradan 1992-ci ilin avqustun 29-da Ağdərə rayonunun Verin Orataq kəndinə hücum zamanı batalyon komandiri Xosrov Əhmədov şəhid olur. Dostəli Hacıyev elə döyüş zamanı batalyon komandiri təyin olunur. D. Hacıyev 123-cü alayda, 709-cu və 181-ci briqadaların sıralarında 1-ci batalyonun komandiri kimi Ağdərə, Laçın, Ağdam, Füzuli istiqamətlərində ağır döyüş yolu keçmiş, dəfələrlə yaralanmışdır. Ordu sıralarında xidmətini 1996-cı ilin sonlarında başa vurmuşdur. Hazırda ehtiyatda olan kapitandır.
1994-cü ilin yanvarında düşmənin "Mərkəzi alayının" tank taborunun Beyləqan istiqamətində irimiqyaslı hücumlarının qarşısının alınmasında göstərdiyi yüksək döyüş idarəçiliyi bacarığına və şəxsi şücaətə görə "Azərbaycan Bayrağı" ordeni ilə təltif olunmuşdur.
Ailəlidir, bir oğlu bir qızı var.