Dostluqdan Yaranmış (1973)

Film sovetlər ölkəsinin beynəlmiləlçiliyindən, Bakı Maşınqayırma Zavodunun işçilərinin Rustavi, Çelyabinsk, Tümen və digər şəhərlərin zavodlarının fəhlələri ilə dostluğundan bəhs edir.

Dostluqdan yaranmış
Janr sənədli film
Rejissor Nina Mustafayeva
Ssenari müəllifləri Leonid Tahirov
Vladimir Sinitsın
Operator Vladimir Zbudski
İstehsalçı "Azərbaycanfilm" Kinostudiyası
İlk baxış tarixi 1973
Filmin növü qısametrajlı sənədli film
Ölkə SSRİ SSRİ
İl 1973
Texniki məlumatlar 2 hissə
551 metr
35 mm

Kinolentdə Keşlə Maşınqayırma Zavodunda ölkəmizin bütün neft rayonları üçün avadanlıq yaradılmasında təkcə bakılıların əməyi deyil, Moskva, Riqa, OryolQorki şəhərlərinin müxtəlif zavodlarının fəhlələrinin iştirakı da öz əksini tapmışdır.

Filmin kadrları Keşlə Maşınqayırma Zavodunda, Azərbaycan Elmi-Tədqiqat Neft Maşınqayırma İnstitutunda, habelə Çelyabinskin traktor və Kiyevin "Bolşevik" zavodlarında çəkilmişdir.

Film üzərində işləyənlər

[redaktə | mənbəni redaktə et]
Rejissor: Nina Mustafayeva
Ssenari müəllifi: Leonid Tahirov, Vladimir Sinitsın
Operator: Vladimir Zbudski
Səs operatoru: Şamil Kərimov