Film sovetlər ölkəsinin beynəlmiləlçiliyindən, Bakı Maşınqayırma Zavodunun işçilərinin Rustavi, Çelyabinsk, Tümen və digər şəhərlərin zavodlarının fəhlələri ilə dostluğundan bəhs edir.
Dostluqdan yaranmış | |
---|---|
Janr | sənədli film |
Rejissor | Nina Mustafayeva |
Ssenari müəllifləri |
Leonid Tahirov Vladimir Sinitsın |
Operator | Vladimir Zbudski |
İstehsalçı | "Azərbaycanfilm" Kinostudiyası |
İlk baxış tarixi | 1973 |
Filmin növü | qısametrajlı sənədli film |
Ölkələr | SSRİ |
İl | 1973 |
Texniki məlumatlar |
2 hissə 551 metr 35 mm |
Kinolentdə Keşlə Maşınqayırma Zavodunda ölkəmizin bütün neft rayonları üçün avadanlıq yaradılmasında təkcə bakılıların əməyi deyil, Moskva, Riqa, Oryol və Qorki şəhərlərinin müxtəlif zavodlarının fəhlələrinin iştirakı da öz əksini tapmışdır.
Filmin kadrları Keşlə Maşınqayırma Zavodunda, Azərbaycan Elmi-Tədqiqat Neft Maşınqayırma İnstitutunda, habelə Çelyabinskin traktor və Kiyevin "Bolşevik" zavodlarında çəkilmişdir.