DoubleTree — Amerikanın otel zənciri və Hilton Otellər Şəbəkəsinin bir hissəsi. Əksər DoubleTree otel müəssisələrinə françayzinqlər sahiblik edir və onlar tərəfindən idarə edilir, lakin bəziləri Hilton Otel Şəbəkəsinin mülkiyyətindədir.[1] DoubleTree 2007-ci ildən bəri ən sürətlə inkişf edən Hilton otel brendidir və 2016-cı ildə Hilton Garden İnn otel brendi daha çox otaq sayı olan otel müəssisəsi açana kimi DoubleTree 2007-2015-ci illər arasında ən çox otağa sahib olan Hilton otel brendi idi.[2][3][4][5][6][7]
DoubleTree | |
---|---|
Ümumi məlumatlar | |
Tipi | Otel |
Sənaye | Beynəlxalq sahədə fəaliyyət göstərən otel |
Məhsulları | Turizm, İnşaat |
Təsis tarixi | yanvar, 1969 |
Rəhbərlik | |
Təsisçi | |
Rəhbərlik | Hilton Otel Şəbəkəsi |
DoubleTree rəsmi internet saytı | |
Vikianbarda əlaqəli mediafayllar |
İlk DoubleTree oteli 1969-cu ildə Arizonada Skottsdeil şəhərində açılmışdır.[8] DoubleTree korporasiyası 1997-ci ilin dekabr ayında Promus otel korporasiyası ilə birləşdirildi və DoubleTree, Redlion, Hampton İnn və Embassy Suits otel brendlərini bir araya gətirdi.[9] 1999-cu ilin dekabr ayında Hilton otel korporasiyası Promus otel korporasiyasına sahibləndi və DoubleTree və digər Promus otel brendlərini yenidən Hilton Worldwide adı altında birləşdirdi.[10]
Denverdə yerləşən DoubleTree
Stoun qalası, Zanzibar
Otel suit, Ohayo
DoubleTree İrəvan