Waldorf Astoria Hotels & Resorts — Hilton Otellər Şəbəkəsinin lüks otel və rezort brendi. Hilton portfelinin daxilində flaqman marka kimi otel avadanlıqlarının və xidmətinin yüksək standartlarını təklif edir.
Waldorf Astoria | |
---|---|
Waldorf Astoria Hotels and Resorts | |
Ümumi məlumatlar | |
Tipi | Otel |
Sənaye | Beynəlxalq sahədə fəaliyyət göstərən otel |
Məhsulları | Turizm, İnşaat |
Təsis tarixi | 2016 |
Waldorf Astoria Rəsmi internet saytı | |
Vikianbarda əlaqəli mediafayllar |
2016-cı il yanvar ayında Hilton Otellər Şəbəkəsi elan etdi ki, The Waldorf Astoria Collection adlı lüks otel brendini yaradacaq. Bu daha sonra isə Nyu-York şəhərində The Waldorf Astoria adı altında fəaliyyətə başladı. 2014-cü ildə bu mülk çinli investorlara satıldı, lakin Hilton bu brend altında oteli hələ də idarə edirdi.[1] Hiltonun mülklərindən bəziləri "Waldorf" adını öz başlıqlarında hələ də daşıyırdılar, lakin onlar həqiqi Waldorf Astoria otel zəncirinin bir hissəsi deyildilər. The Waldorf Hilton, London buna bir misal olaraq göstərilə bilər.
2007-ci il aprel ayında otelin 4 mülkiyyəti var idi.
Konde Nast jurnalının 2015-ci ildə keçirdiyi səyahətçilərin seçim sorğusunda Yerusəlimdə yerləşən Waldorf Astoria oteli 7-ci yerdə qərarlaşmışdı.[2]
2014-cü ilin avqust ayında Waldorf Astoria oteli ABŞ-dakı otellərinin altıısnda Waldorf Astoria Driving Experiences sistemini yaratdı, bu sistemdə VİP qonaqlara peşəkar yarış şərtləri altında bahalı idman avtomobillərinin sükanları arxasında əyləşmək şansını yaradır.[3] 2017-ci ildə, Waldorf Astoria qrupu İtaliyanın maşın istehsalçısı Lamborghini ilə Sürücülük Təcrübələri üçün əlavə idman maşınlarının təchizatı istiqamətində əməkdaşlığa başladı.[4]