Doxan karvansarası - Qacarlar dövründə Zəncan şəhərində tikilmiş karvansara.[2] Karvansara şəhərin tarixi mərkəzində Zəncan bazarının şərq qapısının yaxınlığında yerləşir.[3] Bu karvansara əsasən tütün satışı üçün tikildiyinə görə "doxan" (tütün) adlanıb.[4] Karvansaranın memarı Hacı Əliquludur.[3][4] Sonrakı illərdə karvansaranın istifadəsiz qalması, 2007-ci ildə burada yanğının baş verməsi onu qəzalı vəziyyətə salıb.[3][4] Hazırda karvansara daha çox anbar və dayanacaq kimi fəaliyyət göstərir.[3][4]
Doxan karvansarası | |
---|---|
| |
Ölkə | |
Şəhər | Zəncan |
Yerləşir | Zəncan |
Aidiyyatı | Qacarlar dövləti |
Tikilmə tarixi | XIX əsr |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
2001-ci il oktyabrın 7-də 6169 qeydiyyat nömrəsi ilə İranın milli abidələri siyahısına salınıb.[3]