Camalabad karvansarası

Camalabad karvansarasıMiyanənin Camalabad kəndində yerləşir. Elxanilər dövrünə aid abidənin yerində XVI əsrdə Şah Abbasın hakimiyyəti zamanı tikilib.[5][6]

Camalabad karvansarası
Xəritə
37°16′18″ şm. e. 47°50′35″ ş. u.HGYO
Ölkə İran
Şəhər Miyanə Camalabad
Yerləşir Miyana şəhristanı[1][2]
Tikilmə tarixi XVI əsr
Üslubu Səfəvi memarlığı[d][2][3]
Sahəsi
Material kərpic[2]
Vəziyyəti atılmış vəziyyətdədir
Kateqoriyakarvansara
ƏhəmiyyətiÖlkə əhəmiyyətli
Camalabad karvansarası (İran)
Camalabad karvansarası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Karvansara XVI əsrdə Səfəvilər dövründə Şah Abbasın əmri ilə tikilib. Vaxtilə Böyük ipək yolunun üzərində yerləşən Camalabad kəndinin ərazisində Miyanə şəhərində 35 km aralıda yerləşir.[7] Kənd vaxtilə əsas ticarət yolunun üzərində yerləşdiyinə görə burada insanlar daha çox yaşayırdılar və bu ərazi mərkəz rolunu oynayırdı, lakin ipək yolunun öz əhəmiyyətini itirməsi nəticəsində hazırda bu ərazi də atılıb. Hazırda Camalabad kəndində 5 ailə yaşayır karvansara özü isə baxımsız vəziyyətdədir.[6]

İtaliyalı səyyah Cemelli Karerinin XVII əsrdə Səfəvilər dövlətinə etdiyi səyahətdən sonra yazdığı "Səfərnamə" əsərində karvansara haqqında bunları yazıb:[8]

" Yuxarıda qeyd etdiyim körpünün yaxınlığında böyük bir təpənin üzərində bir qala görünür. Yüzbaşının sözlərinə görə, bu bənzərsiz qalanın banisi bir vaxt qala şəhərin və bu regionun sahibi olmuş bir qadındır. 11 saat ərzində dayanmadan tikandan başqa bir şeyin olmadığı ucsuz-bucaqsız səhrada 33 mil yol qət etdik və günortaya az qalmış bir təpənin üzərində yerləşən Sən Malava-yəqin ki, Camalabad karvansarasına çatdıq. Karvansaranın 7 gözəl bürcü öz gözəlliyi ilə onu uzaqdan möhkəm bir qalaya bənzədirdi. Təpənin ətrafında çoxlu kəklik vardı. Onların rəngi Avropa kəkliklərinin rəngindən bir az fərqlənirdi. "
  1. Wiki Loves Monuments monuments database. 2017.
  2. 1 2 3 https://iranarchpedia.ir/entry/21401.
  3. http://tabriz.irib.ir/-/کاروانسرای-جمال-اب-2.
  4. 1 2 https://whc.unesco.org/en/list/1668/maps/.
  5. "Jamalabad Caravansaray" (ing. ). itto.org. 2021-09-28 tarixində arxivləşdirilib.
  6. 1 2 "معرفی کاروانسرای جمال آباد میانه" (fars. ‎). miana.ir. 20 mart 2015. 2015-03-19 tarixində orijinalından arxivləşdirilib.
  7. "کاروانسرای جمال آباد میانه" (fars. ‎). tabriz.ir. 2018-10-06 tarixində orijinalından arxivləşdirilib.
  8. Şəmsi Pənahoglu. "Təbrizdən Quma səfər". anl.az. 23 iyul 2015. 13 mart 2019 tarixində arxivləşdirilib.